ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti elmi seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova və GPB-nin üzvləri iştirak ediblər. “Münasibətlərdə yaranan problemlər və həll yolları” mövzusuna həsr olunmuş psixoloji  seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının üçüncü tədris ili tələbəsi Gülçin İsmayılovanın təqdimatında qadın-kişi münasibətləri, onun psixoloji tərəfləri haqqında məlumat verilib. Eyni zamanda tələbə, mübahisə zamanı uyğun ünsiyyət üslubunun önəmindən, səmərəli ünsiyyət qaydalarından bəhs edib.  Seminarın sonunda tələbələr yiyələndikləri yeni mövzu ətrafında fikir mübadiləsi ediblər. Rəhbər Ramazanova Kəmalə dövrün aktual mövzusuna həsr olunmuş seminarın təşkilinə görə tələbəyə öz təşəkkürünü bildirib.