- Details
- Dərc edilib: 22 Aprel 2025
- Oxunma sayı: 849
Aprelin 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə qadın hüquqlarının müdafiəsinə həsr olunmuş “Solmayan çiçəklər” adlı maarifləndirici tədbir keçirilib.
Tədbiri TGT-nin idarə heyətinin üzvü Müsəllif Bəşirov giriş sözü ilə açaraq, tədbirin təşkil olunmasınin məqsədi haqqında məlumat verib. Sonra söz tədbirin əsas təşkilatçısı Aysel Abdulkərimliyə verilib. Tədbir zamanı qadın hüquqları, erkən nikah və qadınlara qarşı zorakılıq mövzularında maarifləndirici slaydlar nümayiş etdirilib, həmçinin mövzuya uyğun videoçarxlar təqdim olunub.
Tədbirdə TGT-nin fəalları Fidan Yusifli, Könül Lətifova, Arzu Hümmətli, Səma Şəldiyeva, Aynur Qaffarlı, Zəhra Əhmədova, Nərmin Abdurahmanova, Elvin Quliyev, Aytəkin İbrahimova, Səbinə Kərəmli, Reyhan Hacıyeva, Nuranə Əliyeva və Ayşən Sadıqova çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildiriblər. Tədbirdə iştirak edən qadınlara qadın hüquqlarının simvolu kimi bənövşəyi lentlər təqdim olunub.
Tədbir TGT-nin sədri Xədicə Abdurahmanlının yekun nitqi ilə başa çatıb.