- Details
- Dərc edilib: 23 Aprel 2025
- Oxunma sayı: 616
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında bakalavriat səviyyəsi üzrə mövcud ixtisasların buraxılış kurslarında təcrübə prosesi uğurla davam edir. İxtisas metodistləri, pedaqoq və psixoloqların rəhbərliyi ilə təskil olunan nümunə dərsləri vasitəsilə tələbələr praktiki peşə bacarıqları əldə edir, qazanılmış nəzəri bilikləri tətbiq etməklə, təcrübələrini genişləndirir və sistemləşdirirlər. Onlar müasir dərsin bütün tələblərinə cavab verən nümunə və sınaq dərsləri, mövzuların daha asan mənimsənilməsi üçün maraqlı slayd, videoçarx hazırlayır, diqqətçəkən şəkilli məlumatlar təqdim edir, yeni təlim texnologiyalarından məqsədyönlü səkildə istifadə edirlər.
Qeyd edək ki, tədris təcrubəsi aprel ayının sonunadək davam edəcək, may ayında isə tələbələr ümumtəhsil məktəblərində və məktəbəqədər müəssisələrdə təcrübə prosesinə davam edəcəklər.