- Details
- Dərc edilib: 19 May 2025
- Oxunma sayı: 11
"Konstitusiya və Suverenlik ili" ilə bağlı Şəki Apelyasiya Məhkəməsində «Açıq Qapı» günləri elan edilib. Bu məqsədlə mayın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının 25 tələbəsi və müəllimləri Şəki şəhər Məhkəmə kompleksində hazırda davam edən “Açıq Qapı” günlərində iştirak edib. Öncə filialın fmüəllim və tələbələri üçün müasir standartlara cavab verən Şəki Məhkəmə Kompleksi ilə tanışlıq gəzintisi təşkil edilib. Sonra məhkəmənin rəyasət heyətinin zalında hakimlərlə görüş keçirilib. Hakimlər ölkəmizdə həyata keçirilən köklü məhkəmə-hüquq islahatları nəticəsində əldə olunmuş nailiyyətlərdən bəhs edərək ədalət mühakiməsinin məqsəd və məramına, ayrı-ayrı kateqoriyalı işlər üzrə şəxslərin hüquq və vəzifələrinə, habelə bütövlükdə insan hüquq və azadlıqlarına dair məlumat verib. Görüşdə iştirak edən hakimlər ədalət mühakiməsinin məqsəd və məramı barədə çıxış ediblər. Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.