- Details
- Dərc edilib: 16 Mart 2026
- Oxunma sayı: 90
Martın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında görkəmli mütəfəkkir, ictimai-siyasi xadim, Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Böyük amallar şairi Səməd Vurğun” adlı elmi konfrans keçirilib.
Konfransda filialın rəhbərliyi, struktur bölmə rəhbərləri, professor-müəllim heyətinin nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dosent Vurğun Məmmədov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında 2026-cı ilin fevral ayının 23-də sərəncam imzaladığını diqqətə catdırıb və bunun şairin ədəbi irsinə, ümumilikdə ədəbiyyatımıza göstərilən diqqət və qayğının nəticəsi olduğunu vurğulayıb. Natiq şairin həyatına dair maraqlı məlumatlarla çıxış edərək, müəyyən tarixi məqamlara toxunub və Səməd Vurğunun görkəmli şair olmaqla bərabər, həmçinin dövrünün və zəmanəsinin qabaqcıl ictimai-siyasi xadimlərindən biri olduğunu diqqətə çatdırıb.
Konfransda filialın Humanitar fənlər kafedrasının əməkdaşları - baş müəllim Tahir Məhərrəmovun “Vətəninə, xalqına vurğun şair”, baş müəllim Rasimə Bəkirovanın “Zamanı aşan ümid: Səməd Vurğun yaradıcılığında insanın mənəvi dirənişi”, baş müəllim Pakizə Əliyevanın “Səməd Vurğun lirikasında ölümün poetik ifadəsi”, baş müəllim Nübar İbrahimovanın “Balalarımız üçün gözəl əsərlər yaradaq – Səməd Vurğun irsi və uşaq ədəbiyyatının inkişaf perspektivləri”, müəllim Səlamət Ədilovanın “Səməd Vurğunun dramaturgiyası” mövzularında məruzələri dinlənilib.
Konfrans dosent Vurğun Məmmədovun yekun nitqi ilə başa çatıb.
