- Details
- Dərc edilib: 09 Fevral 2026
- Oxunma sayı: 45
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında İnformasiya kommunikasiya texnologiyaları (İKT) şöbəsi tərəfindən müəllim və inzibati heyət üzvləri arasında keçirilən sorğu əsasında kompüter proqramları üzrə təlimlərə start verilib.
Sorğu əməkdaşların peşə fəaliyyətlərində hansı proqramlara ehtiyac duyduqlarını müəyyənləşdirmək məqsədi daşıyıb. Əldə olunan nəticələrə uyğun olaraq, planlaşdırılan təlimlər hazırda İKT şöbəsinin müdiri Elmir Cəbrayılzadə və şöbənin mütəxəssisi Əlican İsmayılov tərəfindən həyata keçirilir.
Bir həftəlik proqramı əhatə edən təlimlər zamanı iştirakçılar kompüter proqramlarının praktiki tətbiqi, gündəlik iş prosesində istifadəsi və rəqəmsal imkanların genişləndirilməsi ilə bağlı bilik və bacarıqlar əldə edirlər.
Keçirilən təlimlər filialda rəqəmsal mühitin gücləndirilməsinə, əməkdaşların peşəkar inkişafına və müasir texnologiyalardan səmərəli istifadənin təşviqinə xidmət edir.
