- Details
- Dərc edilib: 27 Aprel 2026
- Oxunma sayı: 86
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri, baş müəllim Səadət Feyzullayevanın rəhbərliyi ilə “Təhsildə sosial-psixoloji xidmət” və “Sosial iş” ixtisaslarının 20 nəfər tələbəsi aprelin 25-də Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində keçirilən “Psixologiyada multidisiplinar elmi tədqiqatlar” adlı beynəlxalq konfransda iştirak ediblər. Onlar konfransın bölmə iclaslarında Aydın Kərimov, Arzu Məmmədova, Nigar Əsgərova, Lamiyə Hüseynovanın inklüzivlikdə psixoloji yanaşmalar və təhsildə inklüzivlik istiqamətində aparılan tədqiqatların müxtəlif istiqamətləri haqqında maraqlı çıxışlarını dinləyib və müzakirələrdə iştirak ediblər.
Qeyd edək ki, konfrans Mingəçevir Dövlət Universiteti, Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Konfrans öz işini başa çatdırdıqdan sonra tələbələr Mingəçevir şəhərinə ekskursiya ediblər.
