- Details
- Dərc edilib: 14 Avqust 2020
- Oxunma sayı: 1934
Azərbaycanda ali məktəb tələbələrinin elmi tədqiqat işlərinə cəlb edilməsinin bir-neçə on illik tarixi vardır. Hal- hazırda bu sahədə fəaliyyət 2014-cü ildə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş “TEC haqqında” və “Ali təhsil sistemində təhsilalanların elmi tədqiqat işinin təşkili haqqında” nümunəvi Əsasnamə ilə tənzimlənir.
Filialda son illlər tələbələrin elmi tədqiqatçılığa cəlb edilməsi sahəsində sistemli iş aparılır. 2015-ci ildə ölkə prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulduqdan sonra Şəki filialının bütün struktur və bölmələri ADPU–nun strukturuna uyğunlaşdırıldığı kimi, ADPU-nun TEC haqqında Əsasnamə tələblərində uyğunlaşdırılmışdır.
Hər il filialda tələbə elmi konfranslarının, fənn olimpiadaları və müsabiqələrin keçirilməsi üçün filial direktorunun əmri ilə təşkilat komitələri, fənlər üzrə bölmələr yaradılır. Konfrans və müsabiqələr başa çatdıqdan sonra bölmə rəhbərlərinin yazılı təqdimatları əsasında qaliblər I, II, III dərəcəli diplomlarla, fərqlənənlər isə fəxri fərmanlarla mükafatlandırılır. Məlum olduğu kimi olimpiadalar təlimin əlavə təşkili formalarından biridir. Gənclərin ixtisasları üzrə dərin biliyə yiyələnməsində olimpidaların xüsusi əhəmiyyəti vardır.
Filialın TEC-nin illik planına uyğun olaraq 2018-2019-cu tədris ilinin noyabr ayının 5-dən 25-ə dək ayrı-ayrı ixtisaslar üzrə fənn olimpiadaları ədəbi-bədii yaradıcılıq müsabiqələri keçirilmişdir. Olimpiadaların keçirilməsi üç mərhələdə təşkil edilir:
hazırlıq mərhələsi, olimpiadaların təşkili və yekun mərhələ.
Fənn olimpiadalrının keçirilməsi məqsədilə filial direktorunun 01 noyabr 2018-ci il tarixli əmri ilə 10 nəfərdən ibarət Təşkilat komitəsi yaradılmışdır. Olimpiadalarda ümumilikdə 222 nəfər tələbə iştirak etmişdir. Tələbələrə riyaziyyat fənni üzrə 60, digər fənlər üzrə 30 sual və test tapşırıqları təqdim edilmişdir. Riyaziyyat fənni üzrə 27 nəfər, coğrafiya fənni üzrə(T\C müəllimliyi) 15 nəfər, tarix fənni üzrə 16, psixologiya üzrə 29, Azərbaycan dili üzrə 47 nəfər, ingilis və fransız dili müəllimliyi üzrə 31 nəfər, pedaqogika və Azərbaycan dili fənni üzrə “İbtidai sinif müəllimlyi” ixtisasından 20 nəfər tələbə olimpiadaya qoşulmuşdur. Olimpiadaların yekun mərhələsində təşkilat komitəsi tərəfindən yerlər müəyyən edilmiş, təqdimatlar aparılmışdır. Hər tədris ilinin aprel və ya may ayında filialda yekun tələbə elmi konfransı keçirilir, tələbələrin il ərzində kafedralar xətti ilə yerinə yetirdikləri elmi-tədqiqat işlərinin nəticələri qiymətləndirilir.
Bundan başqa noyabr ayında filialda müxtəlif başlıqlar altında ədəbi bədii yardıcılıq müsabiqələri keçirilmiş,tələbələr tərəfindən 57 iş təqdim olunmuşdur. Bunların 22-i rəsm, 18-i əl işi, 8-i şeir və hekayədir. Filialda həvəsləndirmə məqsədilə il ərzində nizam intizamı və fəaliyyəti ilə seçilən tələbələr müxtəlif naminasiyalarda diplomlar verilmişdir:
“İlin ən yaxşı qrup nümayəndəsi” “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi “ ixtisasının IV kursunun qrup nümayəndəsi Əhmədova Solmaz Həsən qızı;
“İlin ən yaxşı tələbəsi” “Riyziyyat və informatika müəllimliyi” ixtisasının V kurs tələbəsi Abbaslı Nadir Nazim oğlu;
TGT-nin sədri Rəhmov Ramin Çingiz oğlu isə filialın ictimai həyatında fəal iştirakına görə təltif edilmişdir.
2018-ci ilin may ayının 2-3 tarixində filialda Azərbaycan Xalqının Ümummilli lideri H.Ə.Əliyevin anadan olmasının 95-ci illiyinə həsr olunmuş sayca XII Tələbə Elmi Konfransı keçirilmişdir. Konfransın plenar iclasında 3 bölmə üzrə keçirilən iclaslarda isə 82 tələbənin elmi işi üzrə təqdimatlar dinlənilmiş, hər bölmə üzrə I, II,III yer tutan ən yaxşı tələbə elmi işlərinin icraçıları müvafiq diplomlarla, digər tələbələr fəxri fərmanlarla təltif edilmişlər. 2018-2019-cu i tədris ilində filialın kafedraları üzrə 97 nəfər tələbə elmi tədqiqat fəaliyyətinə cəlb olunmuşdur.
16 noyabr 2018-ci il tarixində Bakıda Azərbaycan Pedaqoji Universitetinində Tələbə Elmi Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir” adlı 75-ci elmi konfransı keçirilmişdir. Bu konfransda filialımızı Bakı turuna vəsiqə almış yeddi nəfər tələbə təmsil etmişdir.Tələbələr konfransa fəal iştirakına görə fəxri fərmanlarla təltif edilmişdir. Abbaslı Nadir Nazim oğlu “Veb saytların tədrisə tətbiqi”adlı təqdimatı və Məmmədova Jalə Bayraməli qızının “Microsoft Excel proqramının riyaziyyat dərslərinə tətbiqi” adlı təqdimatları I dərəcəli diploma layiq görülmüşlər. Bu yalnız tələbələrin deyil həmçinin onlarla çalışan müəllimlərin və ümumilikdə fiialımız uğuru kimi qiymətləndirilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Təhsil Nazirliyinə daxil olmuş müraciətə əsasən 5 noyabr 2018-c i il tarixdə Şəki, Qax, Zaqatala və Balakən rayonlarının ali və orta təhsil müəssisələrinin tələbə və şagirdləri arasında Konstitusiya Gününə həsr olunmuş “Hüquqi Dövlətin əsasları” mövzusunda Hüquq olumpiyadasında filialın tələbələri fal iştirak etmişlər.
Filial tələbələrindən 8 nəfəri 2018-ci ilin noyabr ayının 3-də ADPU-nun Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə keçiriləcək intelektual yarışmada iki komanda tərkibində (16 nəfər) olmaqla fəal iştirak etmişlər.
2018-ci ilin oktyabr ayının 16-da filialda TEC–in illik konfransı keçirilmiş, TEC–in şurasının tərkibinə ayrı-ayrı ixtisaslar üzrə tədqiqatçılıq qabiliyyətinə malik, elmi tədqiqat işlərinə həvəsi olan 18 nəfər tələbə və qruplar üzrə məsul şəxslər seçilmişdir.
Hər il tədris ilinin əvvəlində TEC-in illik iş planı tərtib edilir, il ərzində görüləcək işlərin fəaliyyət strategiyası müəyyənləşdirilir. Diqqətinizə çatdırım ki, TEC-in 2018-2019-cu tədris ilinə aid iş planında il ərzində icrası təmin olunacaq 34 məsələ daxil edilmişdir. İş planında təhsil alanların elmi tədqiqat işinə cəlb edilməsində və bu sahədə fəaliyyətin həyata keçirilməsində elm, təhsil və təcrübənin vəhdəti prinsipinin əsas götürülməsi, tədqiqatlara maraq oyadılması, il ərzində elmi seminarların, konfransların, fənn olimpiadaların, elmi təqdimatların, müsabiqə və bilik yarışmalarının keçirilməsi, tanınmiş alimlərin mühazirələrində və ustad dərslərində iştirakçılıq və s. kimi tədbirlər nəzərdə tutulmuşdur. Keçirilən tədbirlər filialın daim yenilənən internet saytına yerləşdirilir.
2018-ci ilin oktyabr ayında filialın müxtəlif ixtisaslarında təhsil alan istedadlı 108 nəfər tələbə filialın kafedralarında elmi fəaliyyətə cəlb edilmişdir. Kafedralar xətti ilə onlara tədqiqat işi üçün mövzu seçimi imkanı yaradılmışdır. Tələbələr 2019-cu il may ayının əvvəllərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunacaq XIII tələbə elmi konfransına təqdim olunmaq üçün elmi araşdırmalarını davam etdirirlər.
Filialın tələbələrinin də təmsil olunduğu “Şəki” komandası son 3 ildə “AZTV” ilə yayımlanan “Xəmsə” intellektual bilik yarışmasında fəal iştirak edirlər. Tələbələrimiz bu yarışmada qalib olmuş, fəxri fərmanlarla təltif edilmişlər.
Filialda tələbə elmi konfransları ilə yanaşı, “Elm cəmiyyətin günəşidir”, “Nə, harada, nə zaman” adlı intellektual bilik yarışmaları, “ESSE “ yazı, ədəbi-təbii yaradıcılıq, müsabiqələri də keçirilir.
2018-ci hesabat ilində filialda elm, ədəbiyyat, incəsənət, xadimlərinin, tarixi şəxsiyyətlərin yubileylər, tarixi və bayram günləri, habelə xalqımızın qan yaddaşına yazılmış “20 yanvar Ümümxalq hüzn günü” , “26 fevral Xocalı faciəsi”, “31 mart Azərbaycanlıların soyqırımgünü kimi” faciəvi hadisələrin anım günlərinə həsr olunmuş elmi konfranslar keçirilmişdir.
Filialda kafedralar xətti ilə ayda bir dəfə təşkil olunan elmi seminarlarda tələbələr və müəllimlər fəal iştirak edirlər. Seminarlarda TEC-in üzvi olan tələbələrin məruzələri dinlənilmişdir.
2018-ci ilin aprel ayında filialda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilmiş 2018-ci ilin 30 may tarixdə “Dini radikalizmə, erkən nigahlara və narkomaniyaya qarşı mübarizə” mövzusunda konfrans, 18 oktyabr 2018-ci il tarixində “Dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü” nə həsr olunmuş elmi-nəzəri konfrans və s. kimi tədbirlər yaddaqalan olmuşdur.
ADPU-nun Şəki filialında 2018-ci ilin fevral ayından “Ümumfənlər kafedrası”nın psixologiya müəllimi Kəmalə Şaban qızı Ramazanovanın rəhbərliyi ilə “Gənc Psixoloqlar Birliyi” fəaliyyət göstərir. Müxtəlif ixtisasdan olan tələbələrinin aktual mövzulara həsr edilmiş layihələri və təqdimatları tələbələr və müəllimlər tərəfindən maraqla qarşılanmışdır. “Gənc Psixoloqlar Birliyi”nin fəaliyyəti seçdikləri “Düşünərək dəyişək” adlı şüara tamamilə uyğun olduğu özünü müsbət tərəflərdən göstərmişdir. Konfrans və seminarlarda tələbələr elmi mövzuların düzgün qoyuluşu, materialın toplanması, təhlillərin aparılması, nəticələrin çıxarılması və təqdim olunması bacarıqlarına yiyələnmiş olurlar.
26 oktyabr 2018 –ci il tarixində filialın Xarici dil ixtisasının II kurs tələbəsi N.Rüxsarənin təqdimatında eftanaziya ilə bağlı məsələlərə aydınlıq gətirilmiş, onun hüquqi, etik tərəfləri izah edilmişdir. 27 oktyabr 2018-ci il tarixində “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının II kurs tələbəsi Elvin Mabudun “Parapsixologiya” adlı təqdimatı tələbə və müəllimlər tərəfindən maraqla qarşılanmışdır. Seminarın sonunda sağlam yuxu, vədrdişlərin əhəmiyyəti vurğulanmışdır. Seminarda təlimin keyfiyyətinin yüksəldilməsi üçün verilən tövsiyələrin praktik əhəmiyyət daşıdığı vurğulanmış, bundan tələbələrin faydalanması müəllimlər tərəfindən arzuolunan hal kimi qiymətləndirmişdir. Yuxarıda adı çəkilən tədbirlər filialın “Gənc Pixoloqlar” adlı internet saytında yerləşdirilmişdir.
2018-ci ildə ADPU-nun Şəki filialının Tarix-Coğrafiya ixtisasının V kurs tələbələri filialın “Təbiət fənləri və onların tədrisi metodikası” kafedrasının baş müəllimi, g.m.q.f.d. H.L.Mustafabəylinin rəhbərliyi ilə yeni layihəyə imza atmışlar. Gənc tədqiqatçılar Şəki və onun kəndlərindən yerli coğrafi toponimlərini toplamış və təqdim etmişlər. Bu layihənin davam etdirilməsi nəzərdə tutulur.
26 noyabr 2018-ci il Ümumfənlər kafedrasının müəllimi Mətənət Mustafayevanın rəhbərliyi ilə “Bir hekayəm var adlı “ müsabiqənin keçirilmişdır.
Filialımızda Teatr Dramaturqlar Birliyi fəaliyyət göstərir. Burada təşkil olunan tədbirlər gənc nəslin elmi, bədii yaradıcılıq axtarışlarına sövq etməklə bərabər , onların tərbiyəsində, mənəvi dünyalarının formalaşmasında da böyük rol oynayır. 24 dekabr saat 11 00 da birliyin “Sevdiyimiz yazıçıların əsərlərində qadınlar” adlı nöbvəti maraqlı təbiri təşkil edilmişdir.
24 dekabr 2018 –ci il Gənclər və İdman Nazirliyinin keçirəcəyi “İdeya var” adlı II ümumrespublika müsabiqəsinə ADPU –nun Şəki filialının 3 tələbəsi öz layihələrini təqdim etmişlər. Diqqətinizə çatdirmaq istəyirəm ki, bu müsabiqənın 4 nominasiya üzrə təşkili nəzərdə tutulumuşdur. Filialımızın tarix-coğrafiya müəllimliyi V kurs tələbəsi Məmmədzadə Əfsanə Qabil qızının “Həm qoruyaq, həm yaradaq, həm faydalanaq” adlı ekoloji layihəsi bəyənilmiş və son seçim turuna dəvət almışdır. Ə.Q.Məmmədzadə seçim turunda filialımızı yüksək səviyyədə təmmsil edərək, ekoloji naminasiya üzrə sərgi –müsabiqədə fəal iştirakına görə Gənclər və İdman Nairliyinin diplomu ilə təltif edilmişdir.
Hər bir tədris ilində bir və ya iki dəfə filialın Elmi Şurasında TEC-inin fəaliyyəti haqqında hesabatlar dinlənilir, müvafiq qərarlar qəbul edilir.
2020-2021-ci tədris ilində TEC-nin Şurasının yeni tərkibi aşağıdakı kimi təsdiq edilib:
TEC-nin qruplar üzrə məsul şəxsləri: