- Details
- Dərc edilib: 23 Oktyabr 2026
- Oxunma sayı: 34
Oktyabrın 22-də Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının və “Fibonacci” MMC-nin təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “GİNius tələbə-gənclər kuboku - 2026” çərçivəsində “Fibonacci” intellektual-əyləncəli oyununun yarımfinal mərhələsi keçirilib. Yarışda Şəki şəhərini və Zaqatala rayonunu təmsil edən 6 komanda iştirak edərək öz bilik və məntiqi təfəkkürlərini nümayiş etdirib, finala vəsiqə uğrunda mübarizə aparıblar. Yarışda Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələrindən ibarət iki komanda da iştirak edib və hər iki komanda yarışı qələbə ilə başa vurub. Yarımfinal mərhələsinin nəticələrinə əsasən, filialın “Atabəylər” komandası I, “Odisseya” komandası lll yerə layiq görülüb. II yerdə isə UNEC-in Zaqatala filialının komandası qərarlaşıb. Yüksək nəticə göstərən komandalar “GİNius tələbə-gənclər kuboku - 2026” yarışının final mərhələsində iştirak etmək hüququ qazanıblar. Filialımızı uğurla təmsil edən komandalarımızı təbrik edir, onlara final mərhələsində uğurlar arzulayırıq.
