- Details
- Dərc edilib: 17 Noyabr 2025
- Oxunma sayı: 352
Noyabrın 14-də Bakı şəhərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5-ci ildönümünün qeyd olunması münasibətilə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin iştirakı ilə “GİNius 86.600” “Fibonaççi” intellektual-əyləncəli oyunu” təşkil olunub. Təşkil olunan layihənin əsas məqsədi gənclərin intellektual potensialının inkişaf etdirilməsi, sağlam rəqabət mühitinin yaradlması və kollektiv düşüncə bacarıqlarının təşviq edilməsi olub. Yarışda ali və orta ixtisas təhsil müəssisələrini təmsil edən tələbələrdən ibarət 40 komanda iştirak edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialını təmsil edən “ADPU Şəki” komandası uğurla çıxış edərək 4700 xal toplayıb. Sonda hər bir iştirakçıya sertifikat təqdim olunub.
