24 aprel 2024- cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Şəki Şəhər İcra Hakimiyyəti və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə “Yaşıl Dünya Evimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Şəki Şəhər İcra Hakimiyyəti Başçısının müavini Elman İsmayılov, şöbə müdirinin müavini, baş məsləhətçi Sadiq Yusifov, filialın professor-müəllim heyəti, struktur bölmə rəhbərləri və tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə açan ADPU-nun Şəki filialının direktoru, dosent Vurğun Məmmədov konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, ölkə başçısının 25 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. 2024-cü ilin noyabr ayında Bakıda “COP 29” adlandırılan möhtəşəm tədbirin keçirilməsi və dünyanın 180-dan çox ölkəsindən 80 min nəfərədək qonağın bu platformada iştirakı nəzərdə tutulub. O, qeyd edib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçiriləcək tədbirlərlə bağlı filialın rəhbərliyi tərəfindən 18 aprel 2024-cü il tarixdə əmr imzalanıb və “Tədbirlər Planı” təsdiq edilib.
Konfransda Şəki Şəhər İcra Hakimiyyəti Başçısının müavini, “Sosial- İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması” şöbəsinin müdiri Elman İsmayılov “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası –COP 29-un, ölkəmiz üçün əhəmiyyəti”, filalın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının dosenti, biologiya üzrə fəlsəfə doktoru Qüdrət Bəkirov “Tut ipəkqurdunun ŞREM-də əldə olunmuş iqtisadi baxımdan səmərəli cins və növləri”, həmin kafedranın baş müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev “Dünyamızın ekoloji böhran harayı: hamı üçün çalınan zəng” və baş müəllim Səadət Feyzullayeva “COP 29 meqalayihəsi: iqlim dəyişkənliyi qlobal ekoloji problem kimi” mövzularda təqdimatlarla çıxış ediblər.
Konfransda nümayiş etdirilən ekoloji problemlərə həsr olunmuş videoçarx iştirakçılar tərəfindən maraqla qarşılanıb.