- Details
- Dərc edilib: 03 Noyabr 2025
- Oxunma sayı: 799
Oktyabr 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında "Kağız Ruhlar" Kitab Klubunun açılış tədbiri keçirilib. Tədbirdə filialın təhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə filial direktorunun müşaviri r.e.d., dos. Rafiq Rasulov açaraq, klubun açılmasını çox uğurlu bir addım kimi qiymətləndirib və fəaliyyətində uğurlar arzulayıb. Filialın Humanitar fənlər kafedrasının baş müəllimi Rasimə Bəkirovanın təşəbbüsü və rəhbərliyi ilə ərsəyə gələn klubun açılış tədbiri xüsusi maraq və böyük coşqu ilə qarşılanıb. Tədbirdə klubun əsas fəaliyyət istiqamətləri təqdim olunub. Diqqətə çatdırılıb ki, klubda aylıq kitab müzakirələri, yazıçıların anım və yubiley tədbirləri, mütəmadi ekskursiyalar, ədəbi-bədii səhnəciklər və musiqili çıxışlarla zəngin bir proqram həyata keçiriləcək. Klub təkcə mütaliə ilə kifayətlənməyəcək, eyni zamanda gəncləri yaradıcılığa, təhlilə və ədəbi düşüncəyə təşviq edən bir mərkəz rolunu olacaq.
Tədbir tələbələrin ifasında maraqlı musiqili-bədii proqramla başa çatıb.
