- Details
- Dərc edilib: 15 İyul 2025
- Oxunma sayı: 117
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında əməkdaşların xarici dil biliklərinin inkişafı məqsədilə təşkil olunmuş ingilis dili təlimləri uğurla yekunlaşıb.
2025-ci il iyunun 2-dən etibarən başlayan təlimlər filialın Dillər və onların tədrisi texnologiyası kafedrası tərəfindən həyata keçirilib. Həftədə 3 akademik saat olmaqla 6 həftə davam edən təlimlərə kafedranın beynəlxalq sertifikatlara malik təcrübəli əməkdaşları — baş müəllimlər K.Y. Lətifova, V.F. Həsənova, S.A. Əliyeva, K.Q. Allahyarova, müəllimlər N.İ. Mürşüdzadə və Ə.Q. Kərimli rəhbərlik ediblər.
Keyfiyyətin təminatı şöbəsinin təşəbbüsü ilə keçirilmiş sorğu əsasında qeydiyyatdan keçən müdavimlər əvvəlcədən keçirilmiş diaqnostik qiymətləndirmə nəticəsində müəyyən edilərək təlimlərə qatılma imkanı əldə ediblər. Proqrama seçilmiş iştirakçılarla sillabusa uyğun şəkildə intensiv və məqsədyönlü dərslər təşkil olunub.
Müdavimlər tərəfindən böyük maraqla qarşılanan təlimlərin sonunda yekun qiymətləndirmə məqsədilə test imtahanı keçirilib və əksər iştirakçılar yüksək nəticələr göstəriblər. Təlimçilər və iştirakçılar tezliklə sertifikatlarla təltif olunacaqlar.
ADPU-nun Şəki filialı olaraq, təlimlərin uğurla başa çatmasını yüksək qiymətləndirir, bu prosesə töhfə verən müəllim heyətinə və fəal iştirakçılara təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.