Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında 2025-2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyası başlayıb. İmtahan sessiyasına hazırlığın vəziyyəti filialın Elmi Şurasının 25 dekabr 2025-ci il tarixli iclasında müzakirə edilərək, müvafiq qərar qəbul olunub. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin imtahanların təşkili və keçirilməsinə dair əmr və sərəncamlarından irəli gələn vəzifələri yerinə yetirmək, imtahan sessiyasının yüksək səviyyədə təşkili, imtahanlarda obyektivliyin, şəffaflığın təmin olunması məqsədilə filialın direktoru dos. Vurğun Məmmədovun müvafiq əmrlərinə əsasən, İmtahan qərargahı, İmtahan komissiyası, Apellyasiya komissiyası, koordinatorlar qrupu yaradılıb. İmtahan sessiyasına hazırlıq işləri vaxtında görülüb, müvafiq normativ sənədlər hazırlanıb, imtahan götürüləcək auditoriyalar təşkil olunub.
Qeyd edək ki, filialda imtahanlar əsasən yazılı qaydada keçirilir və sessiya beş həftə davam edəcək.
