Unutmadıq, unutmarıq

Martın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Tələbə Gənclər Təşkilatının təşkilatçilığı ilə filialın tələbələri torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən qırx dörd günlük Vətən müharibəsində şəhid olmuş həmvətənlərimizin və qazilərin ailələrinə baş çəkiblər. Ailələrlə görüş zamanı Vətən naminə canlarını qurban vermiş şəhidlərimizin adının xalqımız tərəfindən daim uca tutulduğu, onların qəhrəmanlıq dolu həyat yolunun gənclərə bir örnək olduğu bildirilib, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, müharibədə qələbənin qazanılmasında şəhidlərimizin, qazilərin əvəzsiz xidmətlərindən bəhs olunub. Tələbələr şəhid və qazilərin ailələrini Novruz xonçaları ilə təbrik edib, şəhidlərimizin ruhu qarşısında dərin hörmət və ehtiramla baş əydiklərini və ömürboyu onlara borclu olduqlarını bildirib, qazilərə tezliklə sağlamlıqlarına qovuşmalarını diləyiblər.
Görüş zamanı xatirə səkilləri çəkilib.