Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında 8 Noyabr -Zəfər Gününün 5-ci ildönümü münasibətilə silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri də noyabrın 4-də baş tutub. Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən intellektual yarışda filialın müxtəlif ixtisaslarında təhsil alan 81 nəfər tələbədən ibarət 14 komanda iştirak edib. Üç mərhələdən ibarət yarışın nəticələrinə görə, "Kallos" komandası birinci, "Atabəylər" komandası ikinci, "Fəlsəfə cəbhəsi" komandası üçüncü yerə sahib olub. Qalib komandalar I, II, IIl dərəcəli diplomlarla təltif olunublar.