- Details
- Dərc edilib: 25 May 2026
- Oxunma sayı: 27
Mayın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “İdman Oyunları Birliyi” (İOB) klubu tərəfindən tələbələr arasında futbol yarışı keçirilib. Yarışda filialın “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Təhsildə sosial-psixoloji xidmət”, “Tarix və coğrafiya müəllimliyi”, “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, “Riyaziyyat və informatika müəllimliyi”, “Tarix müəllimliyi” ixtisaslarının tələbələri iştirak ediblər. Mayın 22-də keçirilən final oyununda “Təhsildə sosial-psixoloji xidmət”, “Riyaziyyat və informatika müəllimliyi”, “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisaslarının tələbələri iştirak ediblər. “Təhsildə sosial-psixoloji xidmət”, “Riyaziyyat və informatika müəllimliyi” ixtisaslarının tələbələrindən ibarət komanda final turunun qalibi olaraq, kuboka sahib olub.
