- Details
- Dərc edilib: 14 May 2025
- Oxunma sayı: 243
Mayın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının “Məktəbəqədər təhsil” ixtisası tələbələrinin Şəkinin Kiş kəndində yerləşən Alban Məbədinə ekskursiyası təşkil olunub. Məqsəd tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsini və Şəkinin tarixi-memarlıq abidələri ilə tələbələrin tanış olmalarını həyata keçirmək olub. Ekskursiyada filialın Pedaqoji fakültəsinin dekanı fil.ü.f.d., baş müəllim Xalidə Abdullayeva, dekanlığın əməkdaşları və ixtisasın tələbələri iştirak ediblər. Ekskursiya zamanı Kiş Alban Məbədinin tarixi haqqında məlumat verilib və tələbələr eksponatlarla tanış olublar.
Qeyd edək ki, Kiş Alban Məbədi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir.
2000-ci illərdə Azərbaycan və Norveç
tədqiqatçı-arxeoloqları tərəfindən aparılmış arxeoloji, elmi tədqiqat işləri əsasında Kiş Alban Məbədi memarlıq, arxeologiya və tarixi baxımdan tədqiq edilib, restarvasiya işləri həyata keçirilib, ərazinin mədəni qatları müəyyən edilib.