- Details
- Dərc edilib: 06 Mart 2026
- Oxunma sayı: 46
Martın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Gənclər Təşkilatında (TGT) fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə “8 Mart Qadınlar Günü” münasibətilə təşkil etdiyi “Sofiyanın mirası” adlı intellektual yarış keçirilib. Yarışda filialın müxtəlif ixtisaslarında təhsil alan 85 nəfər tələbədən ibarət 15 komanda iştirak edib. Üç mərhələdən ibarət yarışın nəticələrinə görə, “Barbarossa” komandası birinci, “Bozqurdlar” ikinci, “İntellekt kraliçaları” üçüncü yerə sahib olub. Qalib komandalar I, II, IlI dərəcəli diplomlarla təltif olunublar.
