Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edilməsi məqsədilə təsdiq olunmuş Tədbirlər planına uyğun olaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında müxtəlif tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də martın 15-də filialın həyətyanı ərazisində həyata keçirilən ağacəkmə aksiyası olub. Filialın geniş sahəyə malik həyətyanı ərazisində 100-ə yaxın ağac əkilib. Aksiyada filialın əməkdaşları və tələbələr həvəslə iştirak ediblər.