- Details
- Dərc edilib: 08 May 2025
- Oxunma sayı: 2
Mayın 8-də isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında birinci tədris ili tələbələrinin iştirakı ilə “Azərbaycanda inklüziv təhsilin inkişaf istiqamətləri” mövzusunda təlim keçirilib.
Təlimdə inklüziv təhsil konsepsiyasının əsaslandığı insan hüquqları, bərabər imkanlar və sosial ədalət prinsipləri barədə təqdimat və müzakirələr aparılıb. Tələbələr qrup işi vasitəsilə inklüziv təhsilin inkişafına zəmin və maneə yaradan amilləri təhlil edib, eyni zamanda mövcud məktəblərdə inklüziv təhsilin tətbiqi ilə bağlı videoçarx izləyib və bu mövzuda fikir mübadiləsi aparıblar.
Təlimin sonunda iştirakçılar “İnklüziv müəllim necə olmalıdır?” sualı ətrafında fikir bildiriblər, sonda öz rəy və təkliflərini təqdim ediblər.