ADPU-nun Şəki filialında Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə "Tarixin izi ilə" adlı yarış keçirilib. Yarış tələbələrin elmə marağını artırmaq, onların Azərbaycan tarixinə dair biliklərini dərinləşdirmək məqsədilə təşkil olunub. Filialın müxtəlif ixtisaslarında təhsil alan tələbələrdən ibarət 16 komandanın iştirak etdiyi yarış iki mərhələdə keçirilib. Yarışda 1-ci yerə “Elysium”, 2-ci yerə  “OLD'LAR”, 3-cü yerə isə “Edelveys” komandası layiq görülüb. Qalib gələn komandaların üzvləri l, ll, lll dərəcəli diplomlarla təltif olunublar.