ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti seminar təşkil olunub. Seminarda  GPB-nin rəhbəri, Ümumelmi fənlər kafedrasının baş müəllimi Kəmalə Ramazanova və filialın tələbələri iştirak ediblər. Seminar “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının dördüncü tədris ili tələbəsi İlknur Məhərrəmova  tərəfindən hazırlanıb. “Hovard Qardner “çoxsahəli intellekt” nəzəriyyəsi və emosional zəka” adlı elmi seminarda təlimçi intellekt və növləri haqqında geniş məlumat verib. Seminarda tələbələrin hansı intellekt növünə  sahib olduğunu təyin etmək üçün diaqnostik test işlədilib, eyni zamanda emosinal zəkanın əhəmiyyəti, insanlarla münasibətdə rolu haqqında geniş məlumat verilib. GPB-nin rəhbəri, baş müəllim Kəmalə Ramazanova sonda çıxış edərək, seminarın gedişinə öz münasibətini bildirib, dolğun, əhatəli təqdimata görə tələbəyə  təşəkkür edib.