- Details
- Dərc edilib: 13 Mart 2025
- Oxunma sayı: 38
Martın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Tələbə -könüllü” təcrübə proqramı çərçivəsində müsahibə mərhələsi keçirilib. Seçilmiş namizədlərlə fərdi qaydada aparılan müsahibələrdə filialın müxtəlif ixtisaslarında təhsil alan tələbələr iştirak ediblər.
Qeyd edək ki, müsahibə zamanı iştirakçıların cavabları 8 sual ətrafında meyarlara uyğun olaraq qiymətləndirilib. Qiymətləndirmə nəticələrinə əsasən, 31 bal və daha yüksək bal toplayan adları aşağıda göstərilən tələbələr filialda baş tutacaq “Tələbə-könüllü” təcrübə proqramında iştirak etmək hüququ qazanıblar.
1.Hacıbalayeva Gülşən İlqar qızı – “Məktəbəqədər təhsil” ixtisası – IV tədris ili -31 bal
2.Xəlilova Günay Seymur qızı – “Riyaziyyat və informatika müəllimliyi” ixtisası – IV tədris ili -34 bal