- Details
- Dərc edilib: 14 Avqust 2020
- Oxunma sayı: 5987
Əliyeva Sevinc Akif qızı - kafedra müdiri
KAFEDRANIN TARİXİ
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Dillər və onların tədrisi texnologiyası kafedrası 30 oktyabr 2004-cü ildə yaranmışdır. Kafedraya 2004- 2006-ci illərdə filologiya üzrə fəlsəfə doktoru, dosent G.A.Abdullayeva, 2006 -2017- ci illərdə filologiya üzrə fəlsəfə doktoru, dosent U.B.Mürşüdova, 2017- 2024- cü illərdə b/m Ə.B.Əkbərova rəhbərlik etmişdir. 09 sentyabr 2024-cü il tarixindən etibarən b/m S.A.Əliyeva kafedra müdiri təyin edilmişdir.
Kafedra fəaliyyət göstərdiyi müddətdə Azərbaycan dili və xarici dillər (ingilis və fransız) üzrə yüksək bilik və bacarıqlara malik, kompetensiyalı mütəxəssislərin yetişdirilməsi istiqamətində mühüm addımlar atmışdır. Kafedra əməkdaşları respublika və beynəlxalq səviyyəli elmi konfranslarda və təlimlərdə iştirak etmiş, məqalələri yüksək reytinqli elmi jurnallarda çap edilmişdir, sertifikatlara layiq görülmüşlər. Kafedra əməkdaşlarının müəllifliyi ilə bir sıra dərsliklər və metodik vəsaitlər də çap edilmişdir.
ƏMƏKDAŞLARI
• 3 nəfər dosent
• 4 nəfər fəlsəfə doktoru
• 16 nəfər baş müəllim
• 12 nəfər müəllim
• 3 nəfər laborant
1. Əliyeva Sevinc Akif qızı - kafedra müdiri
2. Abdullayeva Gülarə Abdurahman qızı
3. Mürşüdova Ulduz Bəşir qızı
4. Hümbətova Şərqiyyə Nüsrət qızı
5. Abdullayeva Xalidə Firuddin qızı
6. Əkbərova Əsmayə Bəxtiyar qızı
7. Rəhimova Yeganə Abdulla qızı
8. Məsimova Nübar Rasim qızı
9. Süleymanova Azadə Abdulhəmid qızı
10. Əliyeva Yaqut Vəli qızı
11.Lətifova Kəmalə Yaşar qızı
12. Rəfiyeva Xuraman Əli qızı
13.Kərimova Dilarə Məmmədəli qızı
14.Qasımova Aytən Fərman qızı
15.Əmrahova Məhsəti Mais qızı
16.Mikayılov Sahib İsmayıl oğlu
17.İsrafilova Mahirə Lütfəli qızı
18.Nəsrullayeva Nərminə Zülfəli qızı
19.Həsənova Vüsalə Fərrux qızı
20. Allahyarova Könül Qalib qızı
21. Məcidova Türkan Möylam qızı
22.Bəşirzadə Əfsanə Rüstəm qızı
23.Mürşüdzadə Nuran İsmayıl qızı
24.Musayeva Gülnar Elmaz qızı
25.Məmmədova Həlimə Elmar qızı
26.Abdurahmanova Safurə Səlahəddin qızı
27. Rəhimli Baxşı Firuz qızı
28. Həşimzadə Aysel Sərvər qızı
29. Kərimli Əsmər Qüdrət qızı
30. Əhmədova Qönçə Vidadi qızı
31. Lətifova Sayalı Məcid qızı
TƏDRİS-KÖMƏKÇİ HEYƏT:
1.Yunusova Şəhla Yusif qızı (laborant)
2.Məmmədova Maral Vəli qızı (laborant)
3. Orucova Türkanə Elşad qızı (laborant)
ELMİ FƏALİYYƏTİ
Kafedranin elmi-tədqiqat istiqamətləri
ADPU-nun Şəki filialının Dillər və onların tədrisi texnologiyası kafedrası üzrə Elmi istiqamət (HS 020100 - Filologiya; HS 020200 – Azərbaycan dili və ədəbiyyatı; M 011300 – Pedaqogika və psixologiya)
Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının tələbləri baxımından müəllim hazırlığına və təhsilin məzmununa yeni yanaşmalar.
Problem mövzu:
Təhsilin təşkilinə, idarə olunmasına yeni yanaşma və müasir təlim texnologiyalarından istifadə yolları
Kafedra əməkdaşları yuxarıda qeyd edilən istiqamətlərdə müəyyən elmi-tədqiqat işləri aparmış və praktik əhəmiyyət kəsb edən nəticələr əldə etmişlər.
KİTABLAR
1. Azərbaycan dilində -sa, -sə şəkilçisi, onun qrammatik və üslubi xüsusiyyətləri. Bakı, “Elm”, 2000, 120 səh.
2. Müasir Azərbaycan dili. II hissə. (Morfologiya, sintaksis). Dərs vəsaiti. Bakı, “Elm və təhsil”, 2013. 308 səh.
3. Ali və orta məktəblərdə Azərbaycan dilinin inteqrativ tədrisi. Metodik vəsait. Bakı, “Müəllim”, 2014. 164 səh.
4."Müəllim hazırlığının və orta təhsilin yeni perspektivləri (orta təhsil sisteminin təcrübəsi əsasında). Müəllimlər üçün vəsait. Adiloğlu nəş. Bakı, 2006
5.İnteqrativ kurrikulum: Mahiyyəti və nümunələr: Kitab (müəllimlər üçün vəsait) Bakı, 2005
6.English Teaching Methods: Metodiki vəsait. Bakı, 2012
7. Müasir Azərbaycan dili. Dərs vəsaiti. I hissə. Bakı, “Elm və təhsil”, 2013
8.Handbook of translation. Dərs vəsaiti. Bakı, Mütərcim nəşriyyatı, 2022. 209 səh.
9. İngilis dilinin tədrisində aktiv və interaktiv metodlardan istifadə qaydaları. Dərs vəsaiti. Bakı, Mütərcim nəşriyyatı, 2022. 179 səh.
METODİK VƏSAİTLƏR
1. İngilis dili dərslərinin tədrisində yeni təlim metodlarından istifadə qaydaları: Kitab, metodiki vəsait Bakı, 2008, 68 səh.
2. English Teaching Methods: Metodiki vəsait. Bakı, 2012, 198 səh.
3. Müasir Azərbaycan dilində mürəkkəb cümlələrin quruluş xüsusiyyətləri. Metodik vəsait. Bakı, 2019, 106 səh.
TƏDRİS İŞİ:
Dillər və onların tədrisi texnologiyası kafedrası 3 ixtisas üzrə pedaqoji kadr hazırlığı həyata keçirir:
1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
2. Xarici dil müəllimliyi (İngilis dili üzrə)
3. Xarici dil müəllimliyi (Fransız dili üzrə)
Tədris olunan fənlər (Bakalavr pilləsi üzrə)
Xarici dil müəllimliyi (ingilis dili üzrə)
İngilis dili bacarıqları
İngilis dilinin kommunikativ fonetikası
İngilis dilinin kommunikativ qrammatikası
Dinləmə və tələffüz
Müasir ingilis dili
s/f. Mətbuat dili
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Akademik yazı və oxu
s/f. İntensiv ingilis dili
İngilis dilinin tədrisi metodikası
s/f: Tərcümə
İngilis dilinin leksikologiyası
Müqayisəli leksikologiya
s/f. Danışıq modelləri əsasında ingilis dili
s/f. Bədii tərcümə
İngilis dilinin üslubiyyatı
Xarici ölkə ədəbiyyatı
Dilçiliyə giriş (ingilis dili)
Müasir Azərbaycan dili
Ölkəşünaslıq
Xarici dil müəllimliyi (fransız dili üzrə)
Fransız dili bacarıqları
Fransız dilinin kommunikativ fonetikası
Fransız dilinin kommunikativ qrammatikası
Dinləmə və tələffüz
Ölkəşünaslıq
s/f. Danışıq modelləri əsasında fransız dili
Xarici dildə işgüzar və akademik kommunikasiya
Müqayisəli leksikologiya
s/f. Bədii tərcümə
Xarici ölkə ədəbiyyatı
Dilçiliyə giriş
Müasir fransız dili
s/f. Mətbuat dili
Müasir Azərbaycan dili
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə
Azərbaycan dilinin tədrisi metodikası
Dilçiliyə giriş
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Müasir Azərbaycan dili
S/f Ədəbi dil tarixi
S/f Orfoqrafiya və orfoepiya təlimi
Xarici dildə işgüzar və akademik kommunikasiya
S/f Türk dillərinin müqayisəli qrammatikası
Əski Azərbaycan yazısı (fars dili)
Azərbaycan dilindən praktikum
S/f Üslubiyyat
Qeyd edilənlərdən başqa, qeyri-ixtisas qruplarında da bir sıra fənlər tədris edilir ki, bunlara aşağıdakılar daxildir:
“İbtidai sinif müəllimliyi” ixtisası üzrə
İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Xarici dildə işgüzar və akademik kommunikasiya
S/f Dil qaydalarının öyrədilməsi
“Məktəbəqədər təhsil” ixtisası üzrə
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Xarici dildə işgüzar və akademik kommunikasiya
Azərbaycan dili
“Tarix müəllimliyi” ixtisası üzrə
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Xarici dildə işgüzar və akademik kommunikasiya
“Tarix-coğrafiya müəllimliyi” ixtisası üzrə
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Xarici dildə işgüzar və akademik kommunikasiya
“Riyaziyyat - informatika müəllimliyi” ixtisası üzrə
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Xarici dildə işgüzar və akademik kommunikasiya
“Sosial iş” ixtisası üzrə
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Xarici dildə işgüzar və akademik kommunikasiya
“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Xarici dildə işgüzar və akademik kommunikasiya
Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş fənlərin tədrisi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, eləcə də ADPU-nun Tədris Metodiki Şurası tərəfindən təsdiq edilmiş proqramlara istinadən həyata keçirilir. Kafedrada tədris edilən əsas fənlərlə yanaşı seçmə fənlərə də aid dərsliklər, dərs vəsaitləri, metodik vəsaitlər əldə edilmişdir. Tədris prosesi zamanı kafedra əməkdaşlarının da müəllifi olduğu proqram və tədris vəsaitlərindən də istifadə edilir.
Dillər və onların tədrisi texnologiyası kafedrası üzrə əsas vəzifələr aşağıda öz əksini tapmışdır:
- Bütün təhsil formaları üçün kafedranın əhatə etdiyi fənlər üzrə tədris planlarında, sillabuslarda nəzərdə tutulmuş mühazirələrin, labaratoriya və praktik məşğələlərin yüksək elmi-nəzəri səviyyədə tədrisini təmin etmək;
- Tələbələrə sərbəst mövzuların verilməsinə və pedaqoji internaturaya rəhbərliyi həyata keçirmək;
- Professor-müəllim heyəti tərəfindən tədris ili boyu fərdi iş planları və sillabusların son tədris proqramları əsasında planlaşdırılmasına və kafedraya təhvil verilməsinə nəzarət etmək;
- Semestr imtahanları üçün imtahan biletləri suallarını kafedrada müzakirə və təsdiq etmək, bilet şəklində tədris hissəsinə təhvil vermək;
- Tələbələrin sərbəst iş mövzularını müzakirə və təsdiq etmək, onların təqdimatı tarixlərini cədvəlləşdirmək və təqdimatı təşkil etmək;
- Tələbələrin pedaqoji internaturasının təşkili və keçirilməsinə rəhbərlik və nəzarət etmək, təcrübə sənədlərini toplamaq və qiymətləndirmək;
- Tələbələr arasında tərbiyə işlərini həyata keçirmək;
- Tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunmasına nail olmaq, tələbə elmi konfranslarının təşkili və keçirilməsini təmin etmək;
- Kafedrada təşkil edilən fənlər üzrə tədris proqramları, metodik tövsiyə və göstərişlərin, dərslik və dərs vəsaitlərinin hazırlanması və müzakirəsini, onlara rəylərin verilməsini həyata keçirmək;
- Professor-müəllim heyətinin elmi-tədqiqat işlərinin planlaşdırılmasıni və tamamlanmış işlərin çapa tövsiyə edilməsini təmin etmək;
- Respublikanın qabaqcıl ali məktəblərinin iş təcrübələrini öyrənmək və yaradıcı şəkildə tətbiqini həyata keçirmək;
- Kafedra əməkdaşlarının mühazirə mətnlərini vaxtaşırı olaraq yoxlamaq, onların dərslərini müşahidə və müzakirə etmək;
- Kafedra əməkdaşlarının açıq dərslərini planlaşdırmaq, onların keçirilməsində müvafiq ixtisasdan olan müəllimlərin iştirakını təmin etmək;
- Kafedranın tədris yükünün düzgün yerinə yetirilməsinə daim nəzarət etmək