- Details
- Dərc edilib: 19 Noyabr 2022
- Oxunma sayı: 10665
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında təhsil alan bir qrup tələbə ilə görüşüb.
Görüşdə gənclərin asudə vaxtının təşkili üçün imkanlar, Tələbə-Gənclər Təşkilatının fəaliyyəti, qeyri-formal təhsil alətlərinin tətbiqi, tələbələrin dərsdən sonrakı məşğulluğu, idman oyunlarının keçirilməsi və s. mövzularda tələbələrin fikirləri, çətinlikləri və təklifləri dinlənilib.
Görüşdə nazir müavini Marina Vasilieva və Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev iştirak ediblər.
Qeyd edək ki, “Gənclərlə dialoq platforması” layihəsi çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov gənclər təşkilatları, tələbələr, həmçinin regionlarda yaşayan gənclərlə müntəzəm görüşləri keçirilir. Görüşlərin əsas məqsədi gəncərlə fikir mübadiləsi aparmaq və onların qarşılaşdıqları çətinliklərinin birgə həll yollarını müəyyən etməkdir.
#Gənclərİdman #AzərbaycanGəncləri #birkimibirlikdə