- Details
- Dərc edilib: 13 Fevral 2025
- Oxunma sayı: 564
10-14 fevral 2025-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında İKT şöbəsinin təşkilatçılığı ilə Moodle platformasının istifadəsi ilə bağlı təlimlər keçirilib. Təlimləri İKT şöbəsinin əməkdaşları – Abdurahmanova Gülnara, Qarayeva Gülnarə, Əliyeva Günel, Cəbrayılova Nüranə, Əbdürəhmanova Ulduz həyata keçirib. Təlimlərdə filialın professor-müəllim heyətindən 25 nəfər iştirak edib. Təlimin sonuncu günü müəllimlərin təlimdən əldə etdiyi biliklər yoxlanılıb, onlara öz hesablarında müxtəlif əməliyyatları həyata keçirmək, mövzuları yerləşdirmək, müxtəlif tipli tapşırıqlar hazırlamaq, qiymətləndirmə aparmaq tapşırılıb. Təlimin sonunda müəllimlərin nəticələrinə və Moodle hesablarında aktivliyə görə sertifikatlar təqdim olunacağı vurğulanıb.
Qeyd edək ki, filialın professor-müəllim heyəti ötən tədris ilindən başlayaraq ADPU-nun Moodle platformasının öyrədilməsi ilə bağlı təşkil etdiyi təlimlərdə də ardıcıl olaraq iştirak edib, sertifikatla təltif olunublar.