Fevralın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Elmi Şurasının növbəti iclası keçirilib.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru dosent Vurğun Məmmədov 2024-2025-ci tədris ilinin yaz semestrində qarşıda duran vəzifələri diqqətə çatdırdıqdan sonra üzvləri iclasın gündəliyi ilə tanış edib.
Gündəlikdəki “2024-2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr haqqında” adlı birinci məsələ ilə bağlı filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva geniş hesabatla çıxış edib. Hesabatda vurğulanıb ki, semestr ərzində tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması ilə bağlı qarşıya qoyulmuş vəzifələr yerinə yetirilib, imtahan sessiya uğurla başa çatıb. Dosent Gülarə Abdullayevanın hesabatında fakültə və ixtisaslar, eləcə də tədris illəri üzrə imtahan sessiyasının nəticələri diqqətə çatdırılıb, ötən tədris ilinin payız semestinin imtahan sessiyası ilə müqayisələr aparılıb, qarşıda duran vəzifələr, təcrübənin yeni qaydalarla həyata keçirilməsi ilə bağlı görüləcək işlər, mövcud problem və çatışmazlıqlardan söz açılıb.
Elmi Şurada “Filialda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasında tədris prosesisinin təşkili və gedişi vəziyyəti” ilə bağlı filialın Ümumelmi fənlər kafedrasının müdiri dosent Sədrəddin Bədiyev, fakültələrin yarımillik fəaliyyəti ilə bağlı dos Ulduz Mürşüdova və fil.ü.f.d., b.m. Xalidə Abdullayeva, “Filialın 2024-cü il üzrə maliyyə fəaliyyətinin yekunları haqqında” baş mühasib Elnarə Lətifova hesabat veriblər.
Elmi Şurada bir sıra cari məsələlər də müzakirə olunub.
Müzakirə edilmiş hər bir məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.