Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Zəfər Günü münasibətilə silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri "ON1000 proqramı" çərçivəsində filialın Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş "Xarıbülbül" adlı bilik yarışı olub. Yarışa filialın müxtəlif ixtisaslarında təhsil alan tələbələrdən ibarət 23 komanda qatılıb. Azərbaycan tarixi və ədəbiyyatı ilə bağlı 24 sualdan ibarət yarış 2 mərhələ keçirilib. Yarışın sonunda “Elysium” komandası birinci, “Qarabağ” komandası ikinci, “Joker” komandası üçüncü yerə sahib olublar. Qalib gəlmiş komandaların üzvlərinə diplomlar təqdim edilib.
Qeyd edək ki, birinci yerə layiq görülmüş komanda Bakıda keçiriləcək yarışda iştirak hüququ qazanıb.