QISA BİOQRAFİK MƏLUMAT

Gülarə Abdullayeva 1970-ci ildə Şəki rayonunun Qoxmuq kəndində anadan olub. 1977-1987-ci illərdə Şəki rayonu Qoxmuq kənd orta məktəbində, 1987-1992-ci illərdə N. Tusi adına ADPU-nun Filologiya fakültəsində, 1992-1995-ci illərdə həmin universitetdə “Xalqların dilləri” ixtisası üzrə aspiranturada təhsil alıb.1995-ci ildən 2000-ci ilədək Bakı Dövlət Universitetinin Şəki filialında baş müəllim, ictimai əsaslarla “Dillər” kafedrasının müdiri, Filologiya fakültəsinin dekanı vəzifələrində çalışıb. 2000-ci ildən Azərbaycan Müəllimlər İnsitutunun (AMİ) Şəki filialında fəaliyyətini davam etdirib. 2001-ci ilin avqustunda G.Abdullayeva AMİ-nin Şəki filialında tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib. 2015-ci ildə AMİ və onun filialları ADPU-ya qoşulduqdan sonar ADPU-nun Şəki filialında bu vəzifədə fəaliyyət göstərir. Ailəlidir, bir övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1987-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini,
1992-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasını bitirib.
2000-ci ildə “Azərbaycan dilində -sa/-sə şəkilçisi, onun qrammatik və üslubi xüsusiyyətləri” adlı namizədlik dissertasiyasını müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2014-cü ildə AAK-in qərarı ilə dosent elmi adını almışdır.

ƏMƏK FƏALİYYƏTİ

1992-ci ildə şəki rayon Qoxmuq kənd orta məktəbində müəllim,
1995-ci ildə M. Ə. Rəsilzadə adına BDU-nun Şəki filialında baş müəllim,
1997-ci ildə Dillər kafedrasının müdiri,
2000-ci ildə AMİ-nin Şəki filialında baş müəllim,
2001-ci ildə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

TƏDQİQAT SAHƏSİ

Azərbaycan dili

TƏDRİS ETDİYİ FƏNLƏR

Müasir Azərbaycan dili, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

1.-sa -sə şəkilçisinin tədqiqi tarixinə bir nəzər. Azərb. Resp. Pedaqoji Ali məktəb aspirantlarının Elmi konfr. tezisləri, Bakı,1994, s.61-62.
2.Qədim türk yazılı abidələrinin dilində -sar,-sər şəkilçisi.“Tarixi-linqvistik fənlərin tədrisi problemləri” jurnalı, Bakı,1994, s. 92-94.
3.M. Kaşğarinin “Divani-lüğət-it-türk” əsərində -sa|-sə şəkilçisi.“Pedaqoji universitet xəbərləri” jurnalı, N 2, Bakı,1994, s. 40-45.
4.-sa/-sə şəkilçisinin morfoloji xüsusiyyətləri.“Dil məsələlərinə dair tematik toplu”, N 2, Bakı,1994. s. 97-99.
5.Azərbaycan dilində -sa/-sə şəkilçisinin sintaktik xüsusiyyətləri. Gənc alimlərin və aspirantların respublika konfransının tezisləri, Bakı, 1995, s. 62.
6.-sa/-sə şəkilçisinin genezisi. Tədqiqlər-5, Bakı, “Elm”, 1999, s. 3-6.
7.-sa/-sə şəkilçisinin praforması. Tədqiqlər-5, Bakı, “Elm”, 1999, s. 7-12.
8.-sa/-sə morfoloji-sintaktik əlamətli koordinativ şərt konstruksiyaları. Tədqiqlər-5, Bakı, “Elm”, 1999, s. 55-57.
9.Fellərdə şərt məzmununun ifadə formaları-“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2007, s. 3-6.
10.Vaqif Aslanın şeirlərinin dili -“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2009, N 6, s. 94-99
11.İbtidai siniflərdə Azərbaycan dili dərslərində interaktiv təlim metodlarından istifadə-“Pedaqoji Universitet xəbərləri”, 2009, N 6, s. 205-209
12.Müasir Azərbaycan dilində qarışıq tipli tabesiz mürəkkəb cümlələr--“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2010, N3, s. 3-7
13.Müasir Azərbaycan dilində qarışıq tipli tabeli mürəkkəb cümlələr-“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2010, N 6, s. 3-7
14.Azərbaycanda əlifba islahatı sahəsində Mirzə Fətəli Axundzadənin təşəbbüsləri - -“Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” –“Bakı, Slavyan Universitetinin xəbərləri”, 2013, N 4, s. 3-6.
15.Sintaksisin tədrisində yeni təlim texnologiyalarından istifadə - "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" - "Bakı Slavyan Universitetinin xəbərləri" , 2015, N 1, s. 125-130.
16.Müasir Azərbaycan dilində qeyri-məhsuldar şəkilçilər - "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" - “Bakı Slavyan Universitetinin xəbərləri” , 2017, N 1, s. 6-9
17.Bəxtiyar Vahabzadənin yaradıcılığının dil və üslub xüsusiyyətləri. – Bəxtiyar Vahabzadənin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş VI Beynəlxalq elmi konfransın materialları, Türkiyə, Qars, 2020, səh. 20- 25.
18.Vaqif Aslanın şeirlərində bədii müqayisələr. – “Qarabağ – Zəfərə gedən yol” adlı XVII beynəlxalq elmi konfransın materialları. Gotenburq, İsveç, 28 avqust 2021, səh.116-121
19.Təlim texnologiyalarının tətbiqinin paradiqması (həmmüəllif: prof.F.İbrahimov) //“Şərqlə Qərb arasında Türk dünyası” adlı XX beynəlxalq konfransın materialı, 29 yanvar, 2022, Andijan, Özbəkistan, səh.91-93
20.Ümumi təhsilin həyata keçirilməsi prosesində təhsilalanların əxlaqi mədəniyyətinə təsirin səmərəliliyinin gözlənilməsi (həmmüəllif: prof.F.İbrahimov)// M.P.Vaqifin anadan olmasının 305 illik yubileyinə həsr olunmuş “”Mədəniyyətlərin inteqrasiyası və multikulturalizm” adlı XXIII beynəlxalq konfransın materialı, 27 fevral 2022, Qars, Türkiyə, səh.94-98
21.Interpretationof the learning process from a “system-structural” perspective (həmmüəllif: prof.F.İbrahimov)// "Elmi iş” - beynəlxalq elmi jurnal, Cild 16, N3, mart, 2022, Bakı, Azərbaycan səh.7-14
22.Azərbaycan dili dərslərində cümlənin daxili komponentlərinin tədrisi// “Şusa: Zəfərin təntənəsi” adlı XXVI beynəlxalq konfransın materialı, 29 may, 2022, Əskişəhər, Türkiyə, səh.120-123
23.Relationships between subsystems of student learning activities (həmmüəllif: prof.F.İbrahimov)// “Annali d`Italia” – Scientific journal of Italy, N31, may, 2022, Florensiya, İtaliya, səh.69-73
24.Visibility and its application in the training process (həmmüəllif: prof.F.İbrahimov) Journal of science.Lyon, N30, 2022, Lyon, Fransa, səh.30-33
25.Functions of the concerts of “learning process control algorithm” and “algorithm in whish students become subjects” (Həmmüəlliflər: prof.F.İbrahimov, S.Əmrahova), Sciences of Europe” jurnalı, N94, 2022, Praqa, Çexoslovakiya, səh.73-78
26.The place of teaching tasks in theorganization and management of students` activities (həmmüəlliflər: prof.F.İbrahimov, G.Abdurahmanova), “Polish journal of science” N51, 2022, Varşava, Polşa, səh.34-38
27.Formation of the content and procedure of education on the basis of a competent approach (həmmüəllif: prof.F.İbrahimov)// "Elmi iş” - beynəlxalq elmi jurnal, Cild 16, N7, iyul, 2022, Bakı, Azərbaycan, səh. 13-19
28.Bəxtiyar Vahabzadənin yaradıcılığında ana dilimizin mövqeyi // “Bəxtiyar Vahabzadə - Türk dünyası tarixi, mədəniyyəti və ədəbiyyatı” adlı uluslararası IV beynəlxalq simpozumun materialları, 03-04 iyun 2022, Şəki, Azərbaycan, səh.105-112
29.The structure of the lesson formed in accordance with the existing educational space and its structural elements (həmmüəllif: prof.F.İbrahimov), “The scientific heritage” jurnalı, N90, 2022, Budapeşt, Macarıstan, səh. 51-57
30.Characterıstıc features aımed at masterıng scıentıfıc cognıtıve methods ın the educatıonal (həmmüəllif: prof.F.İbrahimov), Beynəlxalq elmi-praktik jurnal, 10 sentyabr 2022, Almaty, Kazakhstan, səh.3-13
31.Theoretical and technological foundations for using the concept of "system" in the management of the pedagogical process, (həmmüəllif: prof.F.İbrahimov), “The scientific heritage” jurnalı, Budapeşt, Macarıstan, 2022
32.Typical features of the student’s becoming a subject of the process of the lesson management (həmmüəllif: prof.F.İbrahimov, M.Kərimova) “Deutsche international Zeitschrift” jurnalı, N33, 2022, Satteldorf, Almaniya, səh.15-20

KİTABLARI

1.Azərbaycan dilində -sa, -sə şəkilçisi, onun qrammatik və üslubi xüsusiyyətləri. Bakı, “Elm”, 2000,120 səh.
2.Müasir Azərbaycan dili. II hissə.(Morfologiya, sintaksis). Dərs vəsaiti. Bakı, “Elm və təhsil”, 2013. 308 səh.
3.Ali və orta məktəblərdə Azərbaycan dilinin inteqrativ tədrisi. Metodik vəsait. Bakı, “Müəllim”, 2014. 164 səh.
4.Müasir Azərbaycan dilində mürəkkəb cümlələrin quruluş xüsusiyyətləri. (metodik vəsait). Bakı, 2019. 107 səh.
5.ADPU-nun Şəki filialı 30 ildə: uğurlar, perspektivlər (həmmüəlliflər R.A.Rasulov, F.N.İbrahimov), Bakı, 2022, 503 səh.

PROQRAMLAR

1.Seçmə fənn: Ədəbi tənqid tarixi. Bakı. “Müəllim”, 2014.
2.Müasir Azərbaycan dili. Bakı, “Müəllim”, 2014.
3.Müasir Azərbaycan dili (fənn proqramı), Bakı, 2022 (həmmüəllif: b.m.N.R.Məsimova)
4.Dilçiliyə giriş. (fənn proqramı), Bakı, 2022 (həmmüəllif: b.m.N.R.Məsimova)