xuraman

HƏMİDOVA XURAMAN İSA QIZI

Karyera mərkəzinin müdiri

QISA BİOQRAFİK MƏLUMAT
1963-cü ildə Şəki rayonunun Baş Layıskı kəndində anadan olub. 1970-1976-cı ildə Şəki şəhər 12 saylı orta məktəbdə, 1977-1980-ci ildə Şəki şəhər M. Qorki adına 10 saylı orta məktəbdə təhsil alıb. 1980-ci ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin tətbiqi-riyaziyyat fakultəsinə daxil olmuş, 1985-ci ildə həmin fakültəni bitirib, təyinatla Şəki Dəmir Beton Ağac Məmulatı və Metal Konstruksiyaları istehsalı Eksperimental zavodunda iqtisadçı, 1991-ci ildə həmin müəssisədə plan şöbə rəisi təyin olunub. 1993-cü ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şəki filialına laborant, 1998-ci ildə həmin müəssisədə baş laborant, 1999-cu ildə müəllim, 2000-ci ildən AMİ-nin Şəki filialında müəllim kimi fəaliyyətimi davam etdirib. 25.09.2001 tarixdə AMİ-nin Şəki filialının Təbiət elmləri kafedrasında baş müəllim, 1997-2007-ci illərdə ictimai əsaslarla dekan vəzifəsində çalışıb. 2007-2008-ci ildə “PKYH İA və təkmilləşdirilməsi”, 2008-2009-ci ildə isə “Kredit sistemi və tələbə naliyyətlərinin qiymətləndirilməsi” kabinetinə müdir, 2009-cu ildə əlavə təhsil üzrə direktor müavini vəzifəsinə təyin olunub. 2017-ci i tərbiyə işləri üzrə təşkilatçı, 2021-ci il “Karyera mərkəzi”nin müdiri vəzifəsinə təyin olunub. 1997-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2008-2013-cü illərdə Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü seçilib. 2008-ci ildən Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı “Dodu” ərazi ilk təşkilatı Qadınlar Şurasının sədridir. Ailəlidir. 3 övladı var.


TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1985-ci ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetini bitirmişdir.

ƏMƏK FƏALİYYƏTİ

1985-1991 Şəki DBAM və MKİEZ iqtisadçı
1991-1992 Şəki DBAM və MKİEZ plan şöbə rəisi
1993-1998 BDU Şəki filialı laborant
1998-1999 BDU Şəki filialı baş laborant
1999-2001 BDU Şəki filialı müəllim
2001-2003 AMİ-nin Şəki filialı müəllim
2003-2007 AMİ-nin Şəki filialı baş müəllim
1997-2007 AMİ-nin Şəki filialı ictimai əsaslarla dekan
2007-2008 AMİ-nin Şəki filialı “PKYHİA və T” kabinetinin müdiri
2008-2009 AMİ-nin Şəki filialı “KS və TNQ” kabinetinin müdiri
2009-2017 AMİ-nin Şəki filialı Əlavə təhsil üzrə direktor müavini
2017-2021 ADPU-nun Şəki filialında Təlim Tərbiyə üzrə təşkilatçı
2021 ADPU-nun Şəki filialında “Karyera mərkəzi”nin müdiri

TƏDQİQAT SAHƏSİ
İbtidai siniflərdə fənn kurikulumlarının tətbiqi şəraitində şagirdlərin riyazi təfəkkürünün formalaşdırılmasının elmi-nəzəri və texnoloji əsasları.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2004, 29 oktyabr, “Öyrədənlərin öyrədilməsi” proqramı üzrə Təhsil menecerləri kursları üçün mühazirəçi hazırlayan xüsusi təlim kursu. “Təhsilin idarə olunması və iqtisadiyyatı”. “Öyrədən” statusu verilməsi. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Müəllimlər İnstitutu
2004, 30 iyun, “Öyrədənlərin öyrədilməsi” proqramı üzrə “Fəal və interaktiv təlim metodları” mövzusunda xüsusi təlim kursu. “Öyrədən” statusu verilməsi. Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı
2008, 08-12 sentyabr, “Azərbaycan Respublikasında ali təhsilin bakalavr pilləsində ibtidai sinif müəllimlərinin hazırlığı üzrə çərçivə kurrikulumu” Azərbaycan Respublikası Təhsil Nazirliyi
2009, İKT-nin təhsilə tətbiqi üzrə “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi”, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Mədəd 2010, 03 iyul, “Avropada Baloniya Prosesi və onun Azərbaycanda Perspektivliyi”, Azərbaycan Dillər Universitetinin Resurs Kompleksi - Amerika Mərkəzi
2013, iyul, “Şəki Məktəbəqədər Təhsil Müəssisələrində İnklüziv təhsilin inkişafı” layihəsinin Ali Təhsil komponenti çərçivəsində “İnklüziv Təhsil üzrə Alitəhsil müəssisələri üçün hazırlanmış kurs”, Azərbaycan Müəllimlər İnstitutu
2015, 22-27 may, “Təhsildə Fəlakət Riskinin Azaldılması” UNİSEF-in Azərbaycandakı nümayəndəliyi
2017, 22 sentyabr, “Participated in Task Based Learninq” seminar Sheki Azerbaijan
2019,, 15-19 aprel, Şəki. Avropa İttifaqının maliyyə dəstəyilə UNİCEF və “Regional inkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən layihələr çərçivəsində “İnkiüziv təhsil” üzrə təlim. Azərbaycan Dövlət Pedaqoji Universiteti, “Regional inkişaf” İctimai Birliyi və UNİCEF - in birgə layihəsi

DƏRS VƏ METODİK VƏSAİTLƏRİ
Bakı, 2008. Kiçikyaşlı məktəblilərin ümümi inkişaf səviyyəsinin yüksəldilməsində riyaziyyat təliminin rolu.//Azərbaycan Müəllimlər İnstitutunun Elmi Xəbərləri. N 1
Bakı, 2009. Riyaziyyatın tədrisi metodikasının məqsəd və məzmunu.// Azərbaycan Müəllimlər İnstitutunun Elmi Xəbərləri. N 3
Bakı, 2009. İbtidai sinif şagirdlərinə riyaziyyatdan tətbiqi yaradıcılıq qabiliyyətlərinin aşılanması.// Azərbaycan Müəllimlər İnstitutunun Elmi Xəbərləri. N 4
Bakı, 2013. Riyaziyyat dərslərində şagirdlərin idrak fəaliyyətinin inkişaf etdirilməsi.// Pedaqoji Universitet Xəbərləri. N 4
Bakı, 2014. İbtidai siniflərdə mətnli məsələlərin rolu.// Pedaqoji Universitet Xəbərləri. N 2
Bakı, 2015. Mətnli məsələlər və sadə məsələlərin həlli metodikası.// Bakı Slavyan Universiteti Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. N 1
Bakı, 2015. Mürəkkəb məsələlər və həlli metodikası.//Bakı Slavyan Universiteti Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. N 3
Bakı, 2016. Şagirdlərin fəaliyyətinin alt standartların reallaşmasını hədəfləyən harmoniyası.// Fizika, riyaziyyat və informatika tədrisi. N 3
Bakı, 2019. Ümumtəhsilin keyfiyyətinin idarəolunmasının bəzi aspektləri barədə.// Azərbaycan Respublikasının Təhsil İnstitutu Elmi Əsərlər. cild 86, N1

"KARYERA MƏRKƏZİ" ŞÖBƏSİ
“Karyera mərkəzi” Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq esilmiş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” nın icrası məqsədi lə təsdiq olunmuş “Fəaliyyət Planı” na müvafiq təhsil qanunvericilik aktlarına “Ali (orta ixtisas) təhsil müəsisələri məzun və karyera şöbələrinin təşkili”nə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 sentyabr 2008-ci il tarixdə təsdiq edilmiş 221 nömrəli qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyə məktublarına, filialın “2019-2023-cü illər üzrə Strateji İnkişaf Planı”na uyğun olaraq filialın Nizamnaməsinin tələbələri gözlənilməklə yaradılmışdır. Mərkəzin yaradılmasında məqsəd tələbələrin filialda keyfiyyətli təhsil almasını, onların intellektual və mədəni inkişafını, peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi ilə yanaşı məşğulluq problemlərinin həll edilməsi üzrə informasiya və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, tələbə və məzunların əmək bazarına adaptasiya olunmaqda, öz ixtisasları üzrə uğurlu karyera qurulmasına dəstək olmaq, onları İş Dünyasına hazırlamaq, Filial-İş Dünyası əlaqələrini formalaşdırmaq və inkişaf etdirmək, Şəki filialının çoxsaylı məzunları ilə əlaqə saxlamaqdan ibarətdir. “Karyera mərkəzi” müxtəlif fəaliyyətləri ilə fərdin özünü tanımasına, iş dünyasına hazırlanmasına və iş həyatının hər pilləsində uğur əldə etməsinə istiqamət verir. Mərkəzin fəaliyyəti Filial-İş Dünyası əlaqələrini formalaşması və inkişafı baxımından əhəmiyyətlidir.

Karyera mərkəzində iki mütəxəssis bir operator çalışır.
Mütəxəssis:    Rüstəmova Məlahət Məmmədemin qızı
Mütəxəssis:    Şəmmədova Samirə Xanlar qızı
Operator:       Əsədova Aysel Fərman qızı

.