- Details
- Dərc edilib: 06 Fevral 2025
- Oxunma sayı: 49
Fevralın 5-də Şəki şəhərindəki Olimpiya İdman Kompleksində Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “Gənclər həftəsi çərçivəsində gənclər düşərgəsi” layihəsi əsasında respublikanın Lerik - Astara, Gəncə -Daşkəsən, Tovuz-Qazax, Salyan-Şirvan və Qarabağ regionlarını təmsil edən 200 nəfər gənc üçün ustad dərsi keçirilib.
Tədbiri giriş sözü ilə ATGTİ-nin baş katibi Fidan Həsənova açıb, layihə ilə bağlı gəncləri məlumatlandıraraq, həftə ərzində keçiriləcək tədbirlərdən bəhs edib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ADPU-nun Şəki filialının elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyevin təqdimatı ilə “Azərbaycançılıq nilli birlik və həmrəyliyin ideoloji əsası kimi” mövzusunda interaktiv ustad dərsi keçirilib. Dərs müxtəlif universitetləri təmsil edən tələbələrin və gənclərin böyük marağına səbəb olub, onları maraqlandıran suallar cavablandırılıb. Sonda xatirə şəkilləri çəkilib.