- Details
- Dərc edilib: 07 Fevral 2025
- Oxunma sayı: 97
Fevralın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında mövcud kafedraların əməkdaşları üçün təlim keçirilib. Təlimin keçirilməsində məqsəd filialın Elmi Şurasının 30 yanvar 2025-ci il tarixli iclasında təsdiq olunmuş fənn sillabuslarının hazırlanmasına dair təlimatla əməkdaşları tanış etmək, sillabusların hazırlanması ilə bağlı məlumat vermək olub. Təlimdə Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva sillabusların hazırlanmasına dair təlimatı iştirakçıların diqqətinə çatdırıb və nümunəvi fənn sillabusunun hazırlanması ilə bağlı təqdimatla çıxış edib. Natiq təlim nəticələri və peşə kompetensiyaları arasında əlaqə ilə bağlı matrisi əhatəli izah edib, ədəbiyyat siyahısının, kollokviumların, sərbəst işlərin və yekun imtahanların qiymətləndirilməsi meyarları ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıb.