- Details
- Dərc edilib: 16 Noyabr 2026
- Oxunma sayı: 17
Noyabrın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “SDG Youth Community” təşəbbüs qrupunun təşkilatçılığı ilə “Şəki Zəkası” adlı intellektual oyunun yarımfinal mərhələsi keçirilib. Yarımfinal mərhələsində ADPU-nun Şəki filialını təmsil edən “Atabəylər” komandası I yerə, “Xalxın uşaqları” komandası II yerə layiq görülüb. Yarışın final mərhələsi həmin gün Şəki Tibb Kollecində davam etdirilib. Şəki şəhərinin ali və orta ixtisas təhsil müəssisələrini təmsil edən tələbələrdən ibarət 8 komandanın iştirak etdiyi final mərhələsi komandaların gərgin və maraqlı mübarizəsi ilə yadda qalıb. ADPU-nun Şəki filialının “Atabəylər” komandası final mərhələsində də uğurlu nəticə göstərib, 25 xal toplayaraq I yerə layiq görülüb və yarışın qalibi olub. Bu uğur filialın tələbələrinin intellektual potensialının, bilik və dünyagörüşünün göstəricisi olmaqla yanaşı, onların müxtəlif intellektual platformalarda fəal iştirakının əhəmiyyətini bir daha nümayiş etdirib. Komandamızı təbrik edir, onlara gələcək yarışlarda uğurlar arzulayırıq.
