- Details
- Dərc edilib: 07 Mart 2025
- Oxunma sayı: 169
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Səki filialında Pedaqoji fakültənin “Məktəbəqədər təhsil” ixtisasının tələbələri ilə görüş keçirilib. Karyera mərkəzinin müdiri Xuraman Həmidovanın təşkilatçılığı ilə keçirilən görüşdə əvvəlcə mərkəzin fəaliyyətindən bəhs edilib, sonra isə tələbələrə gələcək təhsil və iş fəaliyyətində diqqət yetirilməli əsas məqamlar haqqında tövsiyələr verilib və uğurlu karyera qurmaq üçün lazım olan bacarıq və səriştələrdən söhbət açılıb. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinə müəllimliyə işə qəbul üzrə keçirilən imtahanlarda filial məzunlarının göstərdikləri müsabiqə nəticələrinin, həmçinin magistraturaya qəbul üzrə imtahanların nəticələrinin mərkəz tərəfindən yaradılmış elektron məlumat bazasında yerləşdirildiyi və daim yeniləndiyi diqqətə çatdırılıb və tələbələrin də təhsili başa vurduqdan sonra bu işə həssas yanaşmaları, lazımi məlumatları vaxtında çatdırmalarının mərkəzin fəaliyyətinə müsbət təsiri vurğulanıb. Görüşdə mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, cari tədris ilində filialın 10 ixtisas üzrə 200-dən çox məzunu bakalavriat səviyyəsi üzrə təhsilini başa vuracaq.