- Details
- Dərc edilib: 10 Mart 2025
- Oxunma sayı: 37
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Səki filialında Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirlər buraxılış kurslarının tələbələri üçün nəzərdə tutulub. Filialın Pedaqoji fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının tələbələri ilə keçirilən tədbirdə Karyera mərkəzinin müdiri Xuraman Həmidova tələbələrə gələcək təhsil və iş fəaliyyətində diqqət yetirilməli əsas məqamlar haqqında lazımi tövsiyələr verib və uğurlu karyera qurmaq üçün diqqət yetirilməli məsələləri açıqlayıb. Məzun olduqdan sonra AR Elm və Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinə müəllimliyə işə qəbul üzrə keçirilən imtahanlarda filial məzunlarının göstərdikləri müsabiqə nəticələrinin, magistr nəticələrinin, məzunlar haqqında yaradılmış elektron bazanın daim yeniləşməsinin təkmiləşdirilməsi, məlumatların vaxtında karyera mərkəzinə çatdırılmasını onların nəzərinə çatdırıb. Tədbirdə tələbələri bu mövzu ilə bağlı maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, filialın 10 ixtisas üzrə 200-dən çox məzunu cari tədris ilində təhsilini başa vuracaq.