- Details
- Dərc edilib: 18 Avqust 2025
- Oxunma sayı: 31
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Pedaqoji Universitetə və onun filiallarına yeni qəbul olunan tələbələr üçün xüsusi təqaüd imkanı təqdim edir.
Belə ki, ADPU THİK tərəfindən ixtisas seçimi zamanı Pedaqoji Universiteti birinci sırada kodlaşdıran və ən yüksək nəticə göstərən dövlət sifarişi əsasında təhsil alacaq tələbələrə birdəfəlik təqaüd veriləcək.
Bakalavriat səviyyəsi üzrə – Pedaqoji Universiteti ilk sırada seçən ən yüksək ballı dövlət sifarişli tələbəyə 400 AZN.
Magistratura səviyyəsi üzrə – ən yüksək balla Pedaqoji Universiteti seçən dövlət sifarişli magistranta 500 AZN.
Filiallar üzrə – Universitetin 5 filialının hər birinə ən yüksək balla qəbul olunan tələbəyə 500 AZN.