- Details
- Dərc edilib: 14 Avqust 2020
- Oxunma sayı: 5928
QISA BİOQRAFİK MƏLUMAT
Gülnar Faiq qızı Kərimova 1985-ci ildə Şəki şəhərində anadan olub. 1992-2003-cü illərdə Şəki şəhəri Nizami Gəncəvi adına 7 saylı orta məktəbində, 2004-2008-ci illərə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Şəki filialında “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasında bakalavr, 2008-2011-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasında magistr səviyyəsində təhsil alıb. 2008–2009–cu illərdə Azərbaycan Müəllimlər İnstitunun Şəki filialında operator, 2009–2017–ci illərdə tütor vəzifəsində çalışıb. 2015–ci ildən AMİ və onun filialları ADPU–ya qoşulduqdan sonra ADPU–nun Şəki filialında 2019-2022-ci illərdə Filologiya fakültəsində dekan müavini vəzifəsində çalışıb. 2018-2021 – ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “İnklüziv Təhsil” üzrə layihədə təlimçi kimi fəaliyyət göstərib. 2023-cü ildən İnsan resursları və ümumi şöbənin müdiri vəzifəsində fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
2004-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasının bakalavr,
2008-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisasının magistr səviyyəsini bitirib
ƏMƏK FƏALİYYƏTİ
2008-ci ildə Azərbaycan Müəllimlər İnstitunun Şəki filialında operator,
2009-cu ildə Azərbaycan Müəllimlər İnstitunun Şəki filialında tyutor,
2019-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında dekan müavini,
2023-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında İnsan resursları və ümumi şöbənin müdiri vəzifəsinə təyin olunub.
TƏDQİQAT SAHƏSİ
Pedaqogika
TƏDRİS ETDİYİ FƏNLƏR
Sosial pedaqogika, Sosial işə giriş, Ailə pedaqogikası, Ailədə milli tərbiyə məsələləri.
NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ
1. İnternational Conference on Global Practice of Multidisciplinary Scientific Studies Dedicated to the 100th Anniversary of “GEORGİAN TECHNİCAL UNİVERSİTY - GTU”, June 24-26, 2022 Tbilisi, Georgia. “İnsan sosyalleşmesinde mikro faktörlerin rolü” adlı konfrans materialı (səh.826-832)
2. 2ND İnternational Congress of Azerbaijan's Architect Heydar Aliyev in the 99th Anniversary of his birth. Baku – Azerbaijan May 10, 2022.“Heydər Əliyev və Azərbaycanda Elm Təhsil Siyasətinin İnkişafi” adlı konfrans materialı (səh 28-31)
3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universiteti, Bakı 2022. İSSN 2221 – 8432. Humanitar Elmlərin Öyrənilməsinin Aktual Problemləri (Ali məktəblər arası elmi məqalələr məcmuəsi) 1/2022. “Azərbaycan və Şərq xalqlarının nağıllarında tərbiyə anlayışının müqayisəli təhlili” adlı məqalə (səh. 166- 171)
4. Azərbaycan Dövlət Pedaqoji Universiteti, “Elm və təhsil” Bakı 2010 Pedaqoji Tədqiqatlar №1 (25). “Kiçikyaşlı məktəblilərin milli ruhda tərbiyəsində xalqımızın adət və ənənələri ilə tanışlığın rolu” adlı məqalə (səh. 119-123)
5. Azərbaycan Dövlət Pedaqoji Universiteti, “Elm və təhsil” Bakı 2010 Pedaqoji Tədqiqatlar №1 (25) . “Təlim prosesində məktəblilərin milli – mənəvi dəyərlər əsasında tərbiyəsi” adlı məqalə (səh. 65 - 69)
SERTİFİKATLAR
1. “ATM-lərin akkreditasiyası üzrə qiymətləndirmə meyarları”na dair 3-cü modul. Keyfiyyət təminatının qiymətləndirilməsi üzrə ekspert təlimi. Təhsildə keyfiyyət Təminatı Agentliyi.
2. “Xarici keyfiyyət təminatı”na dair 2-ci modul. Keyfiyyət təminatının qiymətləndirilməsi üzrə ekspert təlimi. Təhsildə keyfiyyət Təminatı Agentliyi.
3. “Daxili keyfiyyət təminatı mexanizmləri”nə dair 1-ci modul. Keyfiyyət təminatının qiymətləndirilməsi üzrə ekspert təlimi. Təhsildə keyfiyyət Təminatı Agentliyi.
4. 11.03.2023-22.04.2023- cü il “Əmək məcəlləsi və kadr kargüzarlığı” təlim. Business Development Center.
5. 2023-cü il 07 fevral “Daxili keyfiyyət təminatı sisteminin səmərəli təşkili” təlim. Təhsildə Keyfiyyət Təminatı Agentliyi.
6. 2022 – ci il 25 noyabr “Ümumtəhsil müəssisələrində STEAM fənninin tədrisinin təkmilləşdirilməsi istiqaməti üzrə” təlim. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə layihəsi.
7. 2022-ci il 17 noyabr Şəki Gəncliyinin dostu – 2022 , Şəki Regional Debat Mərkəzi.
8. 2022 – ci il 24-26 iyun, İnternational Conference on Global Practice of Multidisciplinary Scientific Studies Dedicated to the 100th Anniversary of “GEORGİAN TECHNİCAL UNİVERSİTY - GTU”, Moderator.
9. 2022 – ci il 24-26 iyun, İnternational Conference on Global Practice of Multidisciplinary Scientific Studies Dedicated to the 100th Anniversary of “GEORGİAN TECHNİCAL UNİVERSİTY - GTU”.
10. 2022-ci il 19 may, “Layihələrin maliyyələşmə imkanı” üzrə seminar. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Beynəlxalq layihələr və qrantlar şöbəsi.
11. 2022-ci il 10 may, “Doğumunun 99 Yılında Azerbaycanın Mimarı Haydar Aliyev” Uluslararası Kongresi. Azərbaycan Kooperasiya Universiteti və İKSAD.
12. 2022-ci il 5 may, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş “Region Müəllimlərinin Təhsil Zirvəsi”. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı və EYUDER Azərbaycan birgə layihəsi
13. 2022 – ci il 2 – 3 aprel, “III İnternational Autism ABA Azerbaijan” konfrans. Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Birgə və Sağlam İctimai Birliyinin birgə layihəsi
14. 2022- ci il 28 – 31 mart, “Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində inklüziv təhsil üzrə təlimçilərin təlimi. “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutunun birgə layihəsi
15. 2022 – ci il 23 fevral, “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” üzrə seminar. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin birgə layihəsi
16. 2021-ci il 16 noyabr, “Region Universitetlərinin Gənc Tədqiqatçıları üçün seminarların təşkili” üzrə seminar. Azərbaycan Gənclər Fondu və Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin birgə layihəsi
17. 2020-ci il 26 avqust – 06 sentyabr, “Distant təhsil və elektron tədris platformalarından, resurslardan istifadə imkanları” üzrə təlim. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetin birgə layihəsi
18. 2019-cu il 4 – 8 fevral Bakı. “İnklüziv Təhsil üzrə Təlimçilərin Təlimi” seminar. Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, UNİCEF və “Regional İnkişaf” İctimai Birliyi, tərəfindən həyata keçirilən layihə
19. 2018 – ci il, 27 avqust – 01 sentyabr Bakı. “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində “İnklüziv siniflərdə təlimin təşkili” mövzusunda seminar. Regional İnkişaf İctimai Birliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun birgə layihəsi
20. 2015 – ci il, 22 – 27 may Şəki. “Təhsildə Fəlakət Riskinin Azaldılması ” təlimçilərin təlimi seminar. Azərbaycan Müəllimlər İnstitutu və UNİCEF – in birgə layihəsi
21. 2013 – cü il, iyul Şəki. “Şəki Məktəbəqədər Təhsil Müəssisələrində İnklüziv Təhsilin inkişafı” layihəsinin Ali Təhsil komponenti çərçivəsində “İnklüziv Təhsil üzrə Ali təhsil müəssisələr üçün hazırlanmış kurs” təlim. Seminar. Azərbaycan Müəllimlər İnstitutu və Norveç Humanitar Müəssisəsinin birgə layihəsi.
22. 2009–cu il, fevral. İKT –nin təhsilə tətbiqi üzrə “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” təlim. Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd” təşkilatının birgə layihəsi.
23. 2008–ci il , iyul. “Təcrübəçi tələbənin tribunası” metodiki tövsiyyə.
24. 2006–cı il, Şəki. Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı “Kompyuter hazırlıq kursu”
İNSAN RESURSLARI VƏ ÜMUMİ ŞÖBƏ
Şöbə Kadrlar və ümumi şöbə adı altında 17 sentyabr 2012-ci il tarixində 02/164 nömrəli əmr ilə yaradılmışdır. 05 may 2023–cü il tarixindən İnsan resursları və ümumi şöbə kimi fəaliyyət göstərir. Şöbənin fəaliyyətinin əsas istiqamətləri:
- Kadr təminatı, attestasiya, təltif, maddi stimullaşdırma, hüquqi tənzimləmə sahələri üzrə Təhsil Qanununun və Əmək Məcəlləsinin müvafiq maddələrinin həyata keçirilməsi;
- Şöbənin nomenklaturu, vəzifəyə təyin və azad olunma qaydalarının həyata keçirilməsi, təsdiq edilməsi və bu sahədə qanunvericiliyə riayət olunması;
- İşçinin vəzifə öhdəlikləri və əmək şəraiti ilə tanış etmək, onun hüquq və vəzifə borcu haqqında məlumatın verilməsi;
- İşçinin ADPU-nun Şəki filialının daxili nizam-intizam qaydaları və iş rejimi ilə tanış edilməsi;
- İşçilərin rəğbətləndirilməsi qaydaları və formalarının müəyyənləşdirilməsi, təltif olunma mexanizminin işlənməsi və tətbiqinə nail olunması;
• Vətəndaşlara, o cümlədən əməkdaşlara Əmək məcəlləsinə dair hüquq məsləhətlərinin verilməsi, konkret hallarda dəqiq tətbiqinə nail olunması, bu və ya
digər məsələlər üçün hüquqi bazanın yaradılması;
• Struktur bölmə rəhbərləri, eləcə də əməkdaşların əmək qanunvericiliyinə dair hüquqi biliklərinin artırılması, mövcud əmək qanunvericiliyinə əməl olunmasının daim diqqət mərkəzində saxlanılması;
• Şəxsi işlərin qorunub lazımi səviyyədə saxlanılması, əmək kitabçalarının qanunauyğun şəkildə tərtib edilməsi;
• Kadr işləri ilə bağlı məsələlərin Elmi Şuranın müzakirəsinə çıxarılması,
• Daxil olan sənədlərin qəbul edilməsi, qeydə alınması, aidiyyatı üzrə strukturlara və icraçılara çatdırılması;
• Sənədlərin vaxtında lazımi orqanlara göndərilməsi;
• Sənədlərin mütəmadi olaraq icra müddətinə nəzarət edilməsi;
• İcra edilmiş sənədləri aid olduğu struktur bölmələrdən vaxtında tələb edilməsi;
• Sənədlərin surətlərinin çıxarılması və lazımi şöbələrə çatdırılması;
• Sənədlərin arxivə təhvil verilməsi üçün aktlaşdırılması;
• Sənədlərin səliqəli saxlanılması və onlardan düzgün istifadə edilməsinin təmin edilməsi.
İnsan resursları və ümumi şöbənin hazırda arxiv müdiri, 2 mütəxəssis, nəzarətçi və 2 operator olmaqla cəmi 7 işçisi var.
Müdir: Gülnar Faiq qızı Kərimova
Arxiv müdiri: Təranə Tahir qızı Zəkəryəyeva
Mütəxəssis: Mətanət Faxrəddin qızı Süleymanova
Mütəxəssis: Aytən Miroğlan qızı Əliyeva
Operator: Günel Zülfüqar qızı Qaffarova
Operator: Zəhra Natiq qızı Məmmədova