- Details
- Dərc edilib: 20 May 2026
- Oxunma sayı: 65
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında təşkil olunmuş "Harmoniya" adlı sərgi-müsabiqə uğurla yekunlaşıb. Ümumelmi fənlər kafedrasının müəllimi Vüsalə Qaragözovanın təşəbbüsü ilə təşkil olunan sərgidə filialın "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təhsil" ixtisaslarının lll tədris ili tələbələrinin rəsm işləri nümayiş etdirilib. Təqdim olunan işlərə baxış keçirilib və münsiflərin qərarı ilə “Məktəbəqədər təhsil” ixtisasından Yeganə Rzayeva, Səbinə Qocayeva birinci, Aysun Ağasıyeva, Jalə İsayeva, Lalə Ziyəddinova və “İbtidai sinif müəllimliyi” ixtisasından Arzu Hüseynova, Zümrüd Hümmətova ikinci, “İbtidai sinif müəllimliyi” ixtisasından Zərif Abbasova və “Məktəbəqədər təhsil” ixtisasından Leyla Məmmədova üçüncü, Arzu Mahmatebinova, Nuray Səmədova, Zeynəb Şabanova isə həvəsləndirici yerlərə layiq görülüblər. Qaliblər filial rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırılıb. Sərgi iştirakçılarına bu cür təşəbbüslərdə fəallıqlarına görə təşəkkür edilib.
