Oktyabrın 09-da Şəki şəhərində ali, orta ixtisas və peşə məktəblərinin komandaları arasında voleybol idman növü üzrə şəhər birinciliyi keçirilib. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Şəki Dövlət Regional Kollecində keçirilən yarışda 6 komanda, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının tələbələrindən ibarət voleybol komandası iştirak edib. Gərgin keçən yarışda filialın komandası bütün rəqib komandaları məğlub edərək birinci yerə sahib olub. Şəki Dövlət Regional Kollecinin komandası ll, Şəki Tibb Kollecinin komandası isə lll yerə layiq görülüb.
Qalib komandalar birinci, ikinci və üçüncü dərəcəli diplomlarla təltif olunublar.