- Details
- Dərc edilib: 14 Avqust 2020
- Oxunma sayı: 4438
MİRZƏYEVA TÜRKAN ZƏFƏR QIZI
Kitabxana müdiri
QISA BİOQRAFİK MƏLUMAT
1987-ci il fevralın 10-da Şəkidə anadan olub. 1994-2000-ci illərdə Şəki şəhər 19 saylı orta məktəbdə, 2000-2005-ci illərdə Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə orta təhsil, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində ali təhsil almışdır. 2009-cu ildən ADPU-nun Şəki filialının kitabxanasında çalışır. Ailəlidir. 2 övladı var. YAP-ın üzvüdür.
ƏMƏK FƏALİYYƏTİ
2009-cu il dekabrın 1-ində AMİ-nin Şəki filialının kitabxanasında kitabxanaçı işləmişdir.
2011-ci ilin yanvarın 21-dən ADPU-nun Şəki filialının kitabxanasında kitabxana müdiri vəzifəsində çalışır.
KİTABXANANIN TARİXİ VƏ FƏALİYYƏTİ
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının kitabxanası Respublikanın ali məktəb kitabxanalarından biridir. Kitabxana 30 sentyabr 1991-ci ildən 2000-ci ilədək BDU-nun Şəki filialının, 13 iyun 2000-ci ildən AMİ-nin Şəki filialının, 2015-ci ilin noyabrından isə ADPU-nun Şəki filialının kitabxanası kimi fəaliyyət göstərir. Kitabxana ali təhsil müəssisəsinin əsas struktur bölmələrindən biridir. Kitabxananın fondunda azərbaycan, rus, türk, ingilis və fransız dillərində 19251 nüsxə kitab saxlanılır. Rəhbərliyin diqqət və qayğısı sayəsində kitabxana fondu zənginləşir. Kitabxananın 795 nəfər oxucusu var.
Sahəsi: 252.8 m2
İşçi sayı: 4
Ümumi fond: 20541
Kiril: 9277
Latın: 11264
Tədris metodik vəsait: 3226
Dərslik: 1120
Dərs vəsaiti: 1444
Metodik vəsait: 295
Kiril tədris metodik vəsait: 367
Hədiyyə: 4151
Ensiklopediya: 606
Lüğət: 475
PDF:2081
Monoqrafiya: 32 adda 175 nüsxə
Oxucu sayı: 883
Müəllim: 83
İşçi: 47
Tələbə: 753
2023-2024 -cü tədris ilində kitabxanaya 26 adda 148 nüsxə kitab alınıb, 367 adda 461 nüsxə kitab hədiyyə olunub. Kitabxana 2023 - 2024 - cü tədris ili üçün “Azərbaycan”, “Yeni Azərbaycan”, “Xalq”, “Respublika”, “Azərbaycan müəllimi”, “Səs”, “Region mediası”, “Şəki”, “Бакинский рабочий” qəzetlərə abunə yazılmışdır.
Kitabxana yaradılan mədəni sərvətləri, informasiya resurslarını toplayır və qoruyur, eyni zamanda onların istifadəsini, yayımlanmasını təmin edir.
Məqsədimiz kitabxana fondunu ali təhsil müəssisəsinin profilinə, məqsədinə, oxucuların informasiya təlabatına uyğun şəkildə qurmaq, xidmətin keyfiyyətini yaxşılaşdırmaq, ali məktəbin apardığı təlim-tərbiyə və maarifləndirmə işində fəal iştirak etməkdir. Qarşıya qoyulan məqsədə nail olmaq üçün Azərbaycan Respublikasının “ Kitabxana işi haqqında” və “ Təhsil haqqında”qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və digər aidiyyati orqanların müvafiq, normativ-hüquqi aktlarını, ali təhsil müəssisəsinin rəhbərliyinin əmr və göstərişlərini, həmin ali təhsil müəssisəsinin nizamnaməsini və Nümunəvi Əsasnaməsini əldə rəhbər tuturuq.
Kitabxana işini öz iş planına əsasən yerinə yetirir:
1. Kitabxananın fəaliyyətini təşkil edir və istiqamətləndirir, oxuculara xidmətin təşkilinə və vəziyyətinə cavabdeh olur;
2. Kitabxana fondunun zənginləşdirilməsinə nəzarət edir, proseslərinin avtomatlaşdırılmasını təşkil edir;
3. Fondun düzgün komplektləşdirilməsini və ondan operativ istifadəni təşkil edir, fondun mühafizəsi üçün şərait yaradır;
4. Kitabxanaya daxil olan ədəbiyyatı qoşma sənədlə yoxlayıb, vahid ümumi uçot kitabı ilə işləyir;
5. Yeni alınmış kitabları inventara salır, ştempel vurur, texniki cəhətdən işləyir, ciblikləri və müddət vərəqlərini yapışdırır, kartlarını yazır, kataloqlaşdırır, əlifba və sistemli kartotekasını təşkil edir;
6. Ümumi fondda kitabların şöbələr, bölmələr və əlifba sırası ilə düzülüşünə nəzarət edir;
7. Gündəlik mətbuatı izləyir, dövri nəşrlərin kartotekasını hazırlayır, oxucuların bu kartotekadan yararlanmasını təşkil edir;
8. Oxucu kartotekasını təşkil edir, onların mütaliə marağını daim öyrənməklə məşğul olur;
9. Oxuculara kitab verilməsini və geri qaytarılmasını təmin edir, gecikdirilmiş kitab borclarının ödənilməsi üçün tədbirlər görür;
10. Daimi və dəyişkən sərgiləri təşkil edir;
11. Yeni alınmış kitabların sərgilərini təşkil edir;
12. Gün ərzində kitabxanadan istifadə edən, oxu zalından istifadə edən oxucuların qeydiyyatını aparır;
13. Oxu zalının fondunu təbliğ edir, onun düzülüşü ilə məşğul olur, fondun daima qaydada olmasını təmin edir;
14. İl ərzində görülən işlər haqqında hesabat verir.
Kitabxananın 4 nəfər əməkdaşı vardır
Kitabxana müdiri: Türkan Zəfər qızı Mirzəyeva
Böyük kitabxanaçı:
İsmayılova Gülnaz Əhəd qızı
Kitabxanaçı:
Mustafazadə Günay Elxan qızı
Biblioqraf: Süleymanzadə Ətrabə Dilavər qızı
Kitabxananın elektron fondu:
Ədəbiyyat tarixi.Ədəbi tənqid və ədəbiyyatşünaslıq