- Details
- Dərc edilib: 14 Avqust 2020
- Oxunma sayı: 2112
LƏTİFOVA BRİLYANT SEYRAN QIZI
Baş mühasib
QISA BİOQRAFİK MƏLUMAT
14 noyabr 1974-cü ildə Şəki şəhərində anadan olmuş, 1991-ci ildə Şəki şəhər 5 saylı orta məktəbi bitirmiş,1993-cü ildə Maliyyə İqtisad Kollecinin "Mühasibat uçotu və TFT" fakultəsinə daxil olmuş və oranı 1996-cı ildə bitirmişdir.2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Marketinq və Tİİ" fakultəsinə daxil olmuş və 2007-ci ildə bitirmişdir.
ƏMƏK FƏALİYYƏTİ
1999-2000-ci illər BPKİA və YHİ-nun Şəki filialında baş mühasib
2000-2002-ci illər AMİ-nin Şəki filialinda mühasib
2002-ci ilin mart ayından AMİ-nin Şəki filialinda baş mühasib
2016-cı ildən ADPU-nun Şəki filialında baş mühasib
MÜHASİBATLIQ
Mühasibatliq AMİ-nin Şəki filialı fəaliyyətə başladıği dövrdən yaradılmışdır.Mühasibatlıq “Mühasibat uçotu haqqında “ Azərbaycan Respublikası Qanunun əldə rəhbər tutaraq filial tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini,daxil olan pul vəsaitlərinin,əmtəə-mal qiymətlərinin və əsas vəsaitlərinin uçotunu,mühasibat uçotu hesabatlarında onların hərəkətini,xərclər smetasının ,iş və xidmətlərin yerinə yetirilməsini, təsərrüfat-maliyyə fəaliyyətinin yekunlarının və əməliy-yatlarının uçotunu təşkil edir. İlkin sənədlərinin,hesablaşmalarının və ödəniş öhdəliklərini ,əmək haqqı fondunun sərf olunmasını,vəzifə maaşlarının təyin edilməsini,əsas fondların invertarizasiyasını və s. təşkil edir. Ştat,maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor-kreditor borclarını mühasibat balansında əks etdirir.
Mühasibatlığın 7 işçisi var:
Baş mühasib: Lətifova Brilyant Seyran qızı
Mühasib:
Əlizadə Çinarə Ələsgər qızı
Səmədova Şəfəq Qərib qızı
Lətifova Elnarə Mübariz qızı
İqtisadçı: Lətifova Zöhrə İsmayıl qızı
Statistik: Həmidova Gülşən Əlovsət qızı
Operator: Abozərova Elnarə Natiq qızı