- Details
- Dərc edilib: 24 Aprel 2026
- Oxunma sayı: 110
Aprel 24-də Şəki Dövlət Regional Kollecində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri arasında “Tələbə Kuboku – 2026” adlı “Nə? Harada? Nə Zaman?” intellektual oyununun final mərhələsi keçirilib. Oyun Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Şəki şəhəri üzrə gənclər və idman sektorunun və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib. Oyunda 70 nəfərdən ibarət 12 komanda iştirak edib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialınin tələbələrindən ibarət “NATO” komandası birinci yerə çıxaraq, yarışın qalibi olub. İkinci yerə Şəki Dövlət Regional Kollecinin "GAME LOVER" komandası, üçüncü yerə isə Şəki Dövlət Peşə Təhsil Mərkəzinin "XƏMSƏ" komandası layiq görülüb. Qalib komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplomları və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin kubok və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.
