Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının direktoru dosent Vurğun Məmmədov və bir qrup əməkdaşı ölkəmizin ərazi bütövlüyünün təmin olunması və işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olan Məmmədiyyə Cabbarzadənin ailəsini ziyarət ediblər. Şəhidin valideynləri onun keçdiyi döyüş yolundan və təltiflərindən danışıb. Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında, müharibədə qazandığımız qələbədə şəhidlərin rolu danılmazdır və xalqımız daim onların adını uca tutacaq, xatirəsini hər zaman yad edəcəkdir. Şəhidin valideynləri şəhid ailələrinə göstərilən dövlət qayğısına görə ölkə başçısına razılığını bildirib və qonaqlara ziyarətə görə təşəkkür edib.