- Details
- Dərc edilib: 20 İyun 2024
- Oxunma sayı: 2531
Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) Şəki filialında təhsili başa vurmaqda olan IV tədris ili tələbələrinin pedaqoji internatura hesabatlarının müdafiəsinə başlanılıb.Pedaqoji internaturanın məktəb mərhələsini uğurla başa vurmuş tələbələrin hesabatlarının müdafiəsinin keçirilməsi məqsədilə ayrı-ayrı ixtisaslar üçün Təcrübə komissiyaları yaradılıb.
İyunun 20-də “Xarici dil müəllimliyi(ingilis dili üzrə)”, “Xarici dil müəllimliyi(fransız dili üzrə)” ixtisaslarının tələbələri komissiya qarşısında hesabat verib, pedaqoji internaturaya dair təqdimatla çıxış ediblər.Komissiya üzvləri tərəfindən tələbələrin hesabatlarının qiymətləndirilməsi həyata keçirilib.Müdafiə prossesi yüksək səviyyədə başa çatıb.Qeyd edək ki, digər ixtisaslar üzrə müdafiə prossesi iyunun 25-dək davam edəcək və təsdiq olunmuş qrafik əsasında həyata keçiriləcək.