- Details
- Dərc edilib: 25 İyun 2024
- Oxunma sayı: 3067
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında təhsili başa vurmaqda olan IV tədris ili tələbələrinin pedaqoji internatura hesabatlarının müdafiəsi uğurla başa çatıb. “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, “Xarici dil müəllimliyi (fransız dili üzrə)”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “İbtidai sinif müəllimliyi”, “Məktəbəqədər təhsil”, “Təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə pedaqoji internaturanın məktəb mərhələsini uğurla başa vurmuş 138 tələbənin komissiya qarşısında hesabatları dinlənilib və müvafiq normativlər əsasında qiymətləndirilib. Komissiya üzvlərinin qiymətləndirmələri ümumiləşdirilərək yekun nəticələr tələbələrə elan olunub.