- Details
- Dərc edilib: 16 Oktyabr 2026
- Oxunma sayı: 32
Oktyabrın 16-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzinin I tədris ili tələbələri ilə növbəti görüş keçirilib. Görüşdə Humanitar fakültənin “Xarici dil müəllimliyi”, “Sosial iş”, “Turizm işinin təşkili” və “Psixologiya” ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Karyera mərkəzinin müdiri Xuraman Həmidova tələbələri salamlayaraq, mərkəzin əsas fəaliyyət istiqamətləri, tələbələr üçün yaradılan imkanlar, əmək bazarına inteqrasiya mexanizmləri və peşəkar inkişaf perspektivləri barədə ətraflı məlumat verib. Çıxışında tələbələrin ali təhsil mühitinə uyğunlaşmasının, təhsil müddətində bilik və bacarıqlarının sistemli şəkildə inkişaf etdirilməsinin, eləcədə gələcək karyera hədəflərinin düzgün müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayan Xuraman Həmidova peşəkar fəaliyyətə hazırlıq, karyera quruculuğunda fəallıq, davamlı öyrənmə və şəxsi inkişafla bağlı tövsiyələrini bölüşüb. Görüş zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb. Belə görüşlərin keçirilməsi tələbələrin universitet mühitinə adaptasiyasına, gələcək peşə fəaliyyəti barədə məlumatlılığın artırılmasına və karyera istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edir.
