- Details
- Dərc edilib: 25 Noyabr 2026
- Oxunma sayı: 21
Noyabr 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Pedaqoji fakültəsinin dekanlığı tərəfindən birinci tədris ili tələbələrinin asudə vaxtının səmərəli təşkili, onların Şəkinin zəngin tarixi-mədəni irsi və görməli yerləri ilə yaxından tanış olmaları məqsədilə ekskursiya təşkil olunub.
Ekskursiyada Pedaqoji fakültənin dekanı, fil.ü.f.d., b.m. Xalidə Abdullayeva, tütorlar, eləcə də “Tarix və coğrafiya müəllimliyi” və “Məktəbəqədər təhsil” ixtisaslarının birinci tədris ili tələbələri iştirak ediblər.
Ekskursiya çərçivəsində iştirakçılar qədim Kiş Alban məbədi, Şəki Xan Sarayı kompleksi və Yuxarı Karvansarayla tanış olublar. Tələbələrə bu tarixi-memarlıq abidələrinin yaranma tarixi, memarlıq xüsusiyyətləri və Azərbaycan xalqının zəngin mədəni irsindəki yeri haqqında məlumat verilib.
