- Details
- Dərc edilib: 16 Dekabr 2025
- Oxunma sayı: 124
Dekabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimləri Nuranə Cəbrayılova, Gülnarə Qarayeva, Ulduz Əbdürrəhimovanın rəhbərliyi, filialın İnformasiya kommunikasiya texnologiyaları (İKT) şöbəsinin əməkdaşı Əlican İsmayılov və Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələrinin təşkilatçılığı ilə STEAM yönümlü sərgi təşkil olunub. Sərginin əsas məqsədi STEAM yanaşmasının təhsil və real həyatdakı tətbiqlərini təqdim etmək olub.
Sərgi çərçivəsində tələbələr tərəfindən hazırlanmış proqramlaşdırma layihələri, mühəndislik modelləri, interaktiv təcrübələr və rəqəmsal incəsənət işləri təqdim olunub. Layihələr elmi əsaslandırma, texnoloji yenilik və yaradıcı yanaşma baxımından böyük maraq doğurub.
Tədbir zamanı iştirakçılar öz layihələrini təqdim etməklə yanaşı, komanda işi, təqdimat bacarıqları və texnoloji savadlılıq sahəsində də mühüm təcrübə qazanıblar. Ziyarətçilər isə STEAM sahələrinin bir-biri ilə inteqrasiyasını, eyni zamanda 3D printerinin işləmə prosesini əyani şəkildə müşahidə etmək imkanı əldə ediblər.
Sərgi həmçinin gənclərin elm və texnologiyaya marağının artırılması, innovativ düşüncənin təşviqi və gələcək peşə seçimlərinə istiqamət verilməsi baxımından əhəmiyyətli rol oynayıb.
STEAM yönümlü sərgi yüksək təşkilatçılıq səviyyəsi və zəngin məzmunu ilə iştirakçılar və qonaqlar tərəfindən müsbət qiymətləndirilib. Sərgi elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrini bir araya gətirən innovativ layihələrin nümayişi ilə yadda qalıb.
