- Details
- Dərc edilib: 17 Dekabr 2025
- Oxunma sayı: 96
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə dekabrın 16-da təşkil olunan turnir mərhələsində iştirakçılar nəzəri biliklərini praktik debatlarla möhkəmləndirib, hüquqi debat bacarıqlarını nümayiş etdiriblər.
Qeyd edək ki, Şəkidə ilk dəfə keçirilən bu hüquqi debat turniri gənclərin böyük marağı və yüksək rəqabət ruhu ilə yadda qalıb. Gənclərin hüquqi bilik və natiqlik bacarıqlarının inkişafına böyük töhfə verilib.
Turnir başa çatdıqdan sonra layihənin rəsmi bağlanış mərasimi keçirilib. Mərasim zamanı layihə çərçivəsində əldə olunan nəticələr dəyərləndirilib, iştirakçıların fəallığı vurğulanıb və Şəkidə hüquqi debat mədəniyyətinin inkişafı istiqamətində atılan bu ilk addım yüksək qiymətləndirilib.
